“QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı” elan olunub
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ictimai birliklərin inkişafına dəstək məqsədilə “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı”nı elan edib.
Proqram üzrə təlimlər bu il 15-17 oktyabr tarixlərində Lənkəran şəhərində keçiriləcək. Təlim iştirakçıları seçim əsasında müəyyən olunacaq.
Seçimdə üstünlük verilir:
• İlk dəfə iştirak edənlərə;
• QHT-də layihə yazılması üzrə məsul şəxslərə;
• QHT fəaliyyəti ilə yeni məşğul olanlara;
• Regionlarda fəaliyyət göstərən QHT-lərə;
• Xarici dil bilgisi olan şəxslərə (ingilis dili);
• QHT-nin sosial media səhifələrini idarə edənlərə.
Təlimdə iştirak üçün mərhələlər:
1. Təlimdə iştirak üçün aşağıda qeyd olunan sorğu 30 sentyabr 2026-cı il saat 23:59-a kimi cavablandırılaraq Agentliyə göndərilir;
2. Daxil olan məlumatlar Agentlik tərəfindən təhlil edilir və sorğunun nəticəsinə uyğun olaraq növbəti mərhələyə keçilir;
3. İlkin mərhələdən keçmiş şəxslərlə müsahibələr təşkil olunur.
Təlimdə iştirak üçün onlayn sorğu: https://forms.gle/PeEKsPvU4x4ME5bWA
QEYD:
• Daha öncə QHT-lərin İnkişaf və Mübadilə Proqramlarına qoşulan şəxslər bu təlimdə iştirak edə bilməzlər,
• Təlimdə hər QHT-dən yalnız 1 nəfər təmsil oluna bilər.
0 Rəy