“İnsan alveri əleyhinə ictimai maarifləndirmə” adlı layihə çərçivəsində tədbir keçirilib

19-21 avqust 2026-cı ildə Bərdə və Ağcabədi rayonlarında Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi “İnsan alveri əleyhinə ictimai maarifləndirmə” adlı layihəsi çərçivəsində tədbirlər keçirib.

QHT.az xəbər verir ki, tədbir Bərdə və Ağcabədi rayonunda məskunlaşan keçmiş məcburi köçkünlərlə keçirilib.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak etdiyi görüşdə “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri Anar Xəlilov insan alverinin qurbanına çevrilmə və cinayətkar qrupların tələsinə düşmə hallarının baş verməməsi üçün maarifləndirici tövsiyələrlə çıxış edərək tədbir iştirakçılarına bu istiqamətdə geniş məlumat verib. O çıxışında bildirib ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin həyata keçiridiyi “İnsan alveri əleyhinə ictimai maarifləndirmə” adlı layihəsi insanların insan alverinin qurbanına çevrilməməsi istiqamətində ölkəmizdə aparılan dövlət siyasətinin bir hissəsidir. Görüş qarşılıqlı dialoq şəkilində və iştirakçıların çox fəal iştirakı ilə keçib. Gələcəkdə də bu cür tədbirlərin keçirilməsinə də böyük ehtiyac olduğu qeyd edilib.

Sonra ictimai birliyin sədri, Anar Xəlilov tədbirin keçirilməsində təşkilati dəstəyə görə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə öz təşəkkürünü bildirib.

Qeyd edək ki, layihəsi çərçivəsində növbəti görüşlər Ağdam, Biləsuvar, Fizuli rayonlarında, Mingəçevir və Bakı şəhərlərində məskunlaşmış keçmiş məcburi köçkünlərlə keçiriləcəkdir.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin