“İctimai Şura 2025-ci ildə Böyük Qayıdış prosesinə fəal ictimai nəzarət həyata keçirib” - İctimai Şura sədri

2025-ci il ərzində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şura Komitə ilə sıx əməkdaşlıq edərək məcburi köçkünlərin sosial rifahının yüksəldilməsi və Böyük Qayıdış prosesinə ictimai nəzarətin təmin olunması istiqamətində fəal fəaliyyət göstərib. İlin əvvəlində Fəaliyyət Planı təqdim olunub, Komitə sədri Şura üzvlərini il ərzində 4 dəfə qəbul edərək hesabat və təklifləri dinləyib.

QHT.az xəbər verir ki, bu sözləri Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilov bildirib. Onun sözlərinə görə, Şura üzvləri işğaldan azad edilmiş ərazilərə infoturlarda iştirak edib, bərpa və məskunlaşma prosesi ilə tanış olublar. Ağdərə, Cəbrayıl, Xocavənd, Xocalı, Ağdam, Kəlbəcər, Zəngilan və Xankəndidə keçirilən 107 püşkatma mərasimi şəffaf şəkildə izlənilib. Köçürülmə zamanı ailələr doğma yurdlarına müşayiət olunub və uyğunlaşma prosesinə dəstək verilib:

"İl ərzində Şuraya daxil olan 96 müraciət aidiyyəti üzrə yönləndirilib və qanunvericiliyə uyğun həll edilib. Şura media və ictimaiyyətlə əlaqələr sahəsində də aktiv olub, 25-dən çox açıqlama verilib və bir sıra tədbirlərdə iştirak edilib. Sentyabr ayında yeni seçkilər keçirilib, Şuranın tərkibi yenilənib və üzvlərin sayı 11 nəfər müəyyənləşdirilib".

 

Pərvanə Fərhadqızı

Rəylər

Aşağıdakı məlumatları qeyd edin