"Zəfər Günündə keçirilən Parad dünya ictimaiyyətinə güclü mesaj verdi" - QHT sədri
QHT.az xəbər verir ki, “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin rəhbəri Anar Xəlilov Zəfər Günü münasibətilə keçirilən möhtəşəm Hərbi Parada dair fikirlərini bölüşüb.
QHT sədri bildirib ki, Azərbaycan və bütün Türk dünyası üçün yenidən doğuluş simvolu olan Zəfər Günü Paradı bu il də dünya ictimaiyyətinə güclü mesajlar verdi. Onun sözlərinə görə, paradda qardaş Türkiyə və Pakistan liderlərinin, həmçinin hərbiçilərinin iştirakı xüsusi əhəmiyyət kəsb etməklə yanaşı, birliyin və qürurun rəmzinə çevrildi:
"Paradın mesajları çox idi. 2020-ci ildə olduğu kimi biz bir yerdəyik. Biz güclüyük! Bizim dünya siyasət meydanında sözümüzü deyən Liderlərimiz var! Regionun yeni gücüyük biz. Bütün Türk-İslam dünyasının birlik rəmziyik biz! Çox idi mesajlar...Hamısı möhtəşəm, qürurverici. Müasir silahlara malik güclü ordumuzun görünüşü daha böyük mesaj idi. Düşmənlərimizə, müstəqilliyimizi həzm edə bilməyənlərə göz dağı idi Ordumuz. Müzəffər Komandanın qalib ordusu ötən beş ildə daha da möhtəşəm idi. Qalib Azərbaycan əsgəri başını vüqarla dik tutub addımlayırdı. Düşmənə biz oz Vətənimizi qorumağa qadirik və tariximizin yeni sahibləriyik mesajı verirdi. Liderlərin çıxışı isə düşmənlərə bizlərlə hesablaşmaq çağrışı idi."
Anar Xəlilov vurğulayıb ki, azad edilmiş şəhərlərin abadlaşdırılmış küçələrində səslənən hərbi marşlar, öz doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərin Zəfər Gününü öz evlərində qeyd etməsi böyük tarixi qayıdışın göstəricisidir. O, çıxışının sonunda Zəfərin ən böyük rəmzinin bu gün ölkənin hər yerində qürurla dalğalanan üçrəngli Azərbaycan bayrağı olduğunu bildirib:
“Bayrağımız daim ucalarda olsun! Tanrı Ali Baş Komandanımızı, Ordumuzu və Qazilərimizi qorusun. Şəhidlərimizə Allah rəhmət etsin.”
Pərvanə Fərhadqızı
0 Rəy