İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT koalisiyasının təşəbbüsü ilə "İnsan alveri və uşaq əməyinin istismarına qarşı" təlim keçirilib
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin təşkilati dəstəyi və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT koalisiyasının təşəbbüsü ilə Şirvan şəhər Polis İdarəsində təlim keçirilmişdir. Təlimdə sahə müvəkkilləri, azyaşlılarla iş şöbəsinin əməkdaşları iştirak etmişlər. Təlimi Şirvan Regional QHT Resurs və Təlim Mərkəzinin rəhbəri Əli Mirzəyev aparmışdır.
Təlimin əsas məqsədi uşaq əməyinin istismarı anlayışını, onun formalarını və qarşısının alınması yollarını iştirakçılara izah etmək, habelə bu halların müəyyən olunmasında istifadə edilən əsas indikatorlarla sahə müvəkkillərini və uşaq inspektorlarını tanış etmək idi. Təlim interaktiv formatda keçiridi, iştirakçılarla müzakirələr aparıldı, real situasiya nümunələri təqdim olundu. Təlim zamanı beynəlxalq standartlara əsaslanan indikatorlar izah edildi, həmçinin mövcud yerli qanunvericilik kontekstində onların tətbiqi imkanları müzakirə edilmişdi.
Eyni zamanda təlim iştirakçıları insan alveri anlayışının mahiyyəti, növləri, mübarizə metodları, insan alveri qurbanlarının müəyyən edilməsi, onlarla reabilitasiya tədbirlərinin həyata keçirilməsi, psixoloji və hüquqi dəstəyin göstərilməsi və s. məsələlər barədə ətraflı məlumat əldə etdilər.
Müzakirələrdə polis mayoru F. İmanov, kapitan T. Hüseynov, mayor İ. Novruzov iştirak edərək təcrübələrində rast gəldikləri faktlar və hadisələr haqqında danışdılar.


shushainfo.az
0 Rəy