Agentlik QHT rəhbərlərini görüşə çağırdı

Aprelin 3-ü saat 14:00-da Bakı Konqres Mərkəzində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə qrant müsabiqələrinin qalibləri ilə görüş keçiriləcək.

Bu barədə Agentlikdən bildirilib.

Məlumata görə, görüşdə Azərbaycan Respublikası Prezident Administrasiyasının və aidiyyəti dövlət qurumlarının məsul şəxslərinin iştirakı nəzərdə tutulur.

Məlumatda o da vurğulanıb ki, görüşdə yalnız qrant müsabiqələrinin qalibi olan qeyri-hökumət təşkilatlarının hər birindən bir nəfər – rəhbər şəxs iştirak edə bilər.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin