“Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi yeni layihəsinin icrasına başlamışdı

“Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnsan alveri əleyhinə maarifləndirmə”- mövzusunda  növbəti layihəni uğurla icra edir.  Layihənin əsas məqsədi məqsədi insan alverinin qurbanına çevrilməmək üçün vətəndaşlarımıza maarifləndirici tövsiyələr vermək və qeyri rəsmi qurumlarla əlaqədə ehtiyatlı olmağa çağırmaqdır.

 Layihə çərçivəsində insan alverinin qurbanına çevrilmiş insanların acı taleyi, bu cinayətin cəmiyyətimizin sağlamlığına vurduğu ziyan haqqında və cinayətkar qrupların hansı vasitələrdən istifadə edərək insanları insan alverinin qurbanına çevirməsi barəsində məlumatı özündə əks etdirən maarifləndirici sosial çarxlar hazırlanacaq.

  Hazırlanacaq sosial çarxlar sosial şəbəkələrdə yayımlanacaq və bu sosial çarxlar vasitəsi ilə insan alverinin qurbanına çevrilməmək üçün vətəndaşlarımıza maarifləndirici tövsiyələr veriləcək.

 

Birliyin sədri Anar Xəlilov bildirmişdir ki, hazırda layihənin hazırlıq mərhələsi başa çatmaq üzrədir. Belə ki, əməkdaşlıq edəcəyimiz studiya ilə müqavilə bağlanmış və bir sıra texniki işlər görülmüşdür. Layihə çərçivəsində görüləcək işlər haqqında mətbuata mütəmadi olaraq informasiya veriləcəkdir.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin