Sərgilədiyimiz həmrəylik sayəsində Qarabağ azad edildi - ƏRDOĞAN
"Can Azərbaycanla həmrəylik sayəsində 30 il işğal altında olan Qarabağ azad edildi".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada "Səfirlərin 14-cü Konfransı"nda çıxışı zamanı deyib.
O qeyd edib ki, Cənubi Qafqazda davamlı sülh və sabitliyin əldə olunması üçün önəmli bir fürsət yaranıb.
Ərdoğan bildirib ki, Ankara Liviyada sabitliyi təmin etməyə yardım edir və Suriyanın şimalında terror dövlətinin qurulmasının qarşısını alıb.
0 Rəy