Xocalı canisinin sülh mesajı: Sədərək görüşündən sonra gülləboran edilən anlaşma

1954-cü ilin 31 avqustunda Xankəndidə doğulan... günə daş düşmüş Robert Köçəryan elə danışır, sanki 80-ci illərin sonlarında Qarabağdakı separatçı hərəkatın başında dayanaraq, “miatsumçu” köpəklərə rəhbərlik etməyib, azərbaycanlıların qətliamını həyata keçirməyib, Xocalı soyqırımında əli körpələrin qanına bulaşmayıb.

İndi bu qatil Ermənistanın baş naziri vəzifəsinə iddialıdır, utanıb-yerə girmək əvəzinə…Görür ki, müharibə ritorikası işə yaramır, hətta vaxtilə ondan da irəli gedərək, “Qarabağ Ermənistandır. Nöqtə”, sayıqlayan birisi seçki kampaniyasını sülh prosesi, Azərbaycanla, Türkiyə ilə normal münasibətlər üzərində qurub, öz aləmində “geridönüş” etmək fikrinə düşüb.

 

Ermənistanın dövlət borcu təklükəli həddə ÇATIB | Modern.az

Ermənistanın ikinci prezidenti, “Ermənistan” blokundan baş nazirliyə namizəd Robert Köçəryan Hrazdan sakinləri ilə görüşündə özünü “sülh göyərçini”nə oxşatmağa çalışıb. Deyib ki, “Ermənistan hamı ilə, o cümlədən qonşuları ilə yaxşı və ləyaqətli münasibətlər qura bilər”. Adam ürəyi soyusun deyə, sadəcə “ay sən öləsən”, demək istəyir. Elə danışır, elə bil Qarabağdakı cinayətlərin, talançılığın, müharibə cinayətlərinin başında dayananlardan biri deyil. Bu cani Azərbaycanla davam edən sülh prosesində nəinki Ermənistanın rəhbərliyinə yararlıdır, əksinə, onun məsuliyyətə cəlh olunması və cəzasını alması lazımdır. Uşaq qatilinin yenidən ortaya çıxıb, hakimiyyətə gəlmək istəyini ortaya qoyması və qonşularla normal sülhdən danışması absurddur. Birdən Paşinyanın üstünə meteorit düşərsə və şanslarını itirərsə, Köçəryan hakimiyyəti qəsb edərsə, bu halda 8 avqustda Vaşinqtonda paraflanmış sülh sənədinin taleyi sual altına düşər, ən azı ona görə ki, Azərbaycan dövləti hələ də cəzasını almamış bu cani ilə sülh sazişi imzalamaz! Bu reallığı Robik başa düşmürsə, erməni cəmiyyəti anlamalıdır! Adamabənzər canlıya sual verən gərək, əgər sən doğrudan da qonşularla normal münasibətlər qurmağa təşnə idinsə, o halda qonşu ölkənin ərazilərində törətdiyin qanlı hadisələr, günahsız insanların qanını içməyin, Qarabağın, Şərqi Zəngəzurun sərvətlərini talamağın nə idi? Xankəndidə, tabeçiliyi altında işləyən azərbaycanlılara qənim kəsilən bu cani indi nə haqla Azərbaycanla münasibətlərdən danışır? Adamın üzündə həya gərəkdir, amma...

90-cı illərdə mərhum Prezident Heydər Əliyev sülhün əldə olunması naminə o zaman Ermənistana rəhbərlik edən Robert Köçəryanla görüşüb müzakirələr aparmağa razılaşmışdı. 1999-cu il prezidentlər aprelin 24-də Vaşinqtonda, avqustun 16 və 22-də Cenevrədə, sentyabrın 10-da isə Ukraynanın Yalta şəhərində görüşdülər. Görüşlər zamanı ölkə başçıları atəşkəs rejiminin saxlanması, tərəflər arasında etimadın qurulması və sərhəd toqquşmalarının qarşısının alınması barədə həmfikir olduqlarını bildirsələr də, əli qanlı Köçəryan vədinə əməl etmədi. Üstündən 27 il keçəndən sonra “normal qonşuluq”dan danışır. Heydər Əliyev və Robert Koçaryan arasında sonuncu görüş 1999-cu il oktyabrın 11-də Naxçıvan Muxtar Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə, Azərbaycanın Sədərək şəhərində baş tutmuşdu. Həmin kadrları yəqin çoxları görüb, Köçəryan hətta sülhün əldə olunmasından sonra kabab yemək istəyirdi...

Xalqa bağışlanmış ömürdən anlar: 1999-cu ilin noyabrı - AZƏRTAC

1999-cu ildə ATƏT-in İstanbul zirvə toplantısında Qarabağla bağlı razılığın əldə olunması gözlənilirdi. O zaman danışıqlarda vasitəçilik edən ABŞ dövlət katibi Madlen Olbrayt Heydər Əliyev və Köçəryanla intensiv əlaqə saxlayırdı. Oktyabrın 26-27-də Dövlət katibinin müavini Stroub Tolbott Bakı və İrəvana səfər edərək, yekun danışıqları aparmışdı. Amma elə Tolbottun bölgəyə səfəri zamanı Ermənistan parlamentində qətliam törədildi. Silahlı şəxslərdən ibarət bir qrup parlamentə girərək Ermənistanın Baş naziri Vazgen Sarqsyan, parlamentin spikeri və keçmiş Ermənistan Kommunist Partiyasının rəhbəri Karen Demirçyan da daxil olmaqla 8 siyasətçini qətlə yetirdi, beləliklə, hansısa razılaşma məsələsinin də üstündən xətt çəkildi. O zaman bu qətliamın arxasında Rusiyanın dayandırğı barədə iddialar var idi. Hətta Böyük Britaniyada siyasi mühacir kimi yaşayan Rusiya Federasiyasının Təhlükəsizlik xidmətinin keçmiş polkovniki Aleksandr Litvinenko 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentindəki terror hadisəsinin Rusiyanın xüsusi xidmət orqanı tərəfindən təşkil olunduğunu demişdi...Bütün bunları xatırlatmaqda məqsəd odur Köçəryan o qətliamın arxasında duran qüvvələrin əlində ömrü boyu oyuncaq olub və cinayətlər seriyasını davam etdirib. Əgər 27 il əvvəl Sədərək anlaşması əldə olunsaydı, ondan sonra bu qədər qurbanlar olmazdı. Bu itkilərin arxasında dayanan qüvvələr də məlum, icraçılar da. İndi Köçəryan nə üzlə yenə də ölkəsini Rusiyanın arxasına lafet kimi qoşmağa cəhd edir? Hansı sifətlə baş nazirliyə iddiasını ortaya qoyur, hansı ki, elə 1997-98-ci illərdə Ermənistanın baş naziri vəzifəsini tutub, daha sonra da iki illik prezidentlik kürsüsü. Hətta postunu digər caniyə, Qarabağ ermənisi Serj Sərkisyana təhvil verərkən, 1 mart 1998-ci ildə ermənilərin qanını töküb. Bütün bu cinayətlər Köçəryanın alnından oxunur, qanlı niqabı üzündən çıxarması mümkünsüzdür, o, qansız yaşaya bilmədiyini ömrü boyu sübuta yetirib, fərqi yoxdur kimin qanıdır...

Alen Simonyan: Münasib fürsət olsa, Azərbaycana səfər edəcəyəm

Görün nə deyir: Milli Assambleyanın spikeri Alen Simonyanın Ermənistanın könüllü olaraq strateji əhəmiyyətli Gorus-Qapan yolunu Azərbaycana təhvil verməsi ilə bağlı son etirafını şərh edən Köçəryan iddia edib ki, eyni aqibət Qərbi Zəngəzur və digər rayonların başına gələ bilər. Bu anormal hələ də qanmır ki, sərhəd komissiyaları var, xəritələr var, hələ Azərbaycan 100 - 108 il əvvəlki xəritələri ortaya qoymur...

Köçəryan Ermənistanın yaxın tarixindən bəhs edərkən yenə də 150 min “erməni qaçsın” haqqında sərsəmləyib, 5 min ölüdən və 12 min yaralıdan danışıb. Üstəlik, deyib ölkədə koronavirusdan ölüm nisbəti qlobal orta göstəricidən üç dəfə yüksəkdir. “Paşinyan ən pis ssenarilərin ustasıdır. O, həmişə ən pisini seçir. Bu, onun xarakteridir. Mən çoxlu başqa misallar gətirə bilərəm, amma bu üçü ən diqqətçəkəndir. Nəyə toxunursa, ölüm gətirir”. Paşinyanı hətta 1 mart 2008-ci il qırğınına görə də günahlandıran bu əbləh Paşinyanı “yemək prosessoru” adlandırıb. “Ermənistan hamı ilə, hətta qonşuları ilə də yaxşı münasibətdə ola bilər. Yaxşı münasibətlər ləyaqətli münasibətlərdir, “tabeçi-bos” deyil. Biz bunu edə və Ermənistana hörməti bərpa edə bilərik. Bizim bölgədə onsuz dövlət olmaq mümkün deyil, əks halda parçalanacağıq. Problem xalqımızda, dövlətimizdə deyil, Paşinyandadır. Nikol yox, problem yox, müharibə, böhran, milli rüsvayçılıq yoxdur. Əliyevin canişinindən qurtulmaq lazımdır”, - deyə Köçəryan bildirib.

Köçəryan-Ermənistan ordusu öz ərazilərini qorumaq gücüdə deyil -  Veteninfo.Az

Bu iddiaları yalnız uşaq qatili, milyonlarla insanın həyatını alt-üst edən cani səsləndirə bilərdi. Nə qədər ki, cəzasını almayıb, belə davam edəcək, ağasınadan aldığı təlimata uyğun olaraq. 7 iyundan sonra Paşinyan belələrinin siyasi səhnədən yığışdırılmasını və süpürülüb tarixin zibilliyinə atılmasını həyata keçirməlidir.

Əks təqdirdə, günün birində 1999-cu ilin 27 oktyabr terroru təkrarlana bilər, hələlik Azərbaycanla yekun sülh anlaşması imzalanmayıb və biriləri çox narahatdır...(musavat.com)

Elşad PAŞASOY

Rəylər

Aşağıdakı məlumatları qeyd edin