Tramp onu Azərbaycana səfir GÖNDƏRİR

ABŞ Prezidenti Donald Tramp Aleksandr Oldenin ABŞ-nin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə namizədliyini irəli sürüb.

Musavat.com xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytında məlumat yerləşdirilib.

Aleksandr Oldenin bu vəzifəyə rəsmən başlaması üçün onun namizədliyinə ABŞ Senatında baxılmalı və təsdiq edilməlidir.

Qeyd edək ki, Aleksandr Olden amerikalı diplomat və beynəlxalq təhlükəsizlik üzrə ekspertdir. O, Trampın birinci administrasiyası dövründə (2017–2021) Dövlət Departamenti, Milli Təhlükəsizlik Şurası və Pentaqonda müxtəlif vəzifələrdə çalışıb. Daha sonra ABŞ-nin məlumat analizi və proqram təminatı sahəsində fəaliyyət göstərən "Palantir Technologies" şirkətində baş məsləhətçi, həmçinin "Atlantic Council" analitik mərkəzində elmi işçi olub. O, ABŞ-nin xarici siyasəti, müdafiə sahəsi və Avropa ilə münasibətlər istiqamətindəki fəaliyyəti ilə tanınır.

Xatırladaq ki, hazırda ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili vəzifəsini Emi Karlon icra edir. Əvvəllər səfir postunu Mark Libbi tutub.

 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin