Prezident İlham Əliyev WUF13-ün açılış mərasimində Bakıda aparılan müasir şəhərsalma prosesindən misallar gətirib

Prezident İlham Əliyev WUF13 açılış mərasimində Bakıda aparılan müasir şəhərsalma prosesindən nümunələr səsləndirib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı bununla əlaqədar deyib: “Bakı dünyada ilk şəhərdir ki, 1846-cı ildə neft hasil olunub. Bütün bu illər ərzində ətraf mühitin mühafizəsinə o qədər diqqət yetirilməyib, torpaq və hava çirklənib. Bakının bir yerində “Qara şəhər”, Bibiheybət, Böyükşor. Bəlkə də bir çoxları üçün bu adlar heç nə demir. Amma vaxtınız varsa, bu yerləri ziyarət edin və 20 il əvvəl necə göründüklərini və iş görüldükdən sonra hansı görünüşə sahib olduqlarını göstərən foto və videolara baxın. Təbii, bu da göstərir ki, Bakıda və respublikanın digər yerlərində bu işlər aparılır”.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin