Sən kimsən, Paşinyan: Korleone, yoxsa kəşfiyyatçı?
Rusiya nəşri Ermənistan baş nazirini imicini təhlil etdi: “İnqilab vaxtı özünü Monte Melkoniyana oxşadıb, indi isə...”
“Ermənistan vətəndaşları Nikol Paşinyanı itiriblər. Onu çoxdan axtarırlar, amma tapa bilmirlər. Hamı təəccüb içindədir: bəs 2018-ci ilin qəhrəmanı haradadır – məxməri inqilabın cəsur lideri, korrupsiyaya qarşı barışmaz mübariz, xalq tribunası, demokrat və islahatçı? Onun yerinə isə ekranda boz fet şlyapalı qəribə bir adam görünür – sanki sovet dövrünün ezamiyyətə gəlmiş məmuruna, amerikalı qanqsterə və ya Paris küçələrində dolaşan klosara bənzəyir”.
Musavat.com xəbər verir ki, Rusiyanın mk.ru saytı Ermənistanın baş naziri Nikol Paşinyanın dəyişən iimici haqda ilginc araşdırma hazırlayıb.
Məqalədn sitata: “Ermənistan parlamentinin spikeri Alen Simonyan ilə birlikdə avtobusda pirojki və qaynadılmış qarğıdalı yeyir (üstəlik bunu İranın bombalanmasının başladığı gün sosial şəbəkələrdə paylaşır), izləyicilərinə barmaqları ilə ürək işarəsi göndərir, gah Moskvada, gah da Gümrüdə velosiped sürərək təsadüfi yoldan keçənləri və sahibsiz itləri qorxudur. Ermənilər təəccüblə soruşurlar: bu adam kimdir? Məgər bu, 2018-ci ildə bizi arxasınca aparan, birlikdə hakimiyyəti devirdiyimiz, inqilab etdiyimiz və bizə yeni, gözəl həyat vəd edən şəxsdir? Bəlkə Paşinyanı dəyişdiriblər? Xeyr, bu elə həmin adamdır və Ermənistanda hamı bunu yaxşı bilir. Sadəcə 2018-ci ildə bir çoxları birdən-birə onun əslində necə biri olduğunu unutmuşdu”.

Nəşr 2018-ci ildə baş verən “məxməri inqilab” zamanı Paşinyanın imicinə diqqət çəkir:
“Əvvəllər səliqəli kostyum, ağ köynək və dəbli qalstuk taxan təmiz qırxılmış deputatın yerinə xalq tamam başqa bir adam gördü. Kamuflyaj futbolkası, ağarmağa başlayan saqqal, “Adidas” beysbolkası (sonradan onu “Duxov” – yəni “Cəsarətli ol!” yazılı beysbolka əvəz edəcək), çiyində çanta və sarğı ilə bağlanmış əl. Hətta bir neçə yaş daha böyük görünürdü. Bu, sanki Qarabağın tozlu səngərlərindən yeni çıxmış döyüşçünü, sahə komandirini xatırladırdı. Bu obraz ermənilərə demək olar ki, genetik səviyyədə təsir edirdi, çünki o, Birinci Qarabağ müharibəsində həlak olmuş Ermənistan və Qarabağın milli qəhrəmanı Monte Melkoniyanın(bu terrorçunun başını kəsiblər-red) xarici görünüşünü demək olar ki, tam təkrarlayırdı. Hətta xırda detallara qədər: məşhur fotoşəkillərin birində Monte yaralı əlini sarğı ilə bağlayaraq ratsiya ilə danışır. Paşinyan isə sarğılı əli ilə meqafon tuturdu və sarğıların arasından qan görünürdü. Təsir isə yüz faiz idi”.

Qeyd olunur ki, Paşinyanın bu imic üzərində məsləhətçilər və siyasi texnoloqlardan ibarət bütöv bir komanda işləyirdi, amma onların adlarını yəqin ki, hələ uzun müddət bilinməyəcək:
“Lakin görünür, son vaxtlar bu komanda dəyişib, çünki Paşinyanın indiki imici açıq şəkildə uğursuz görünür.Əvvəlcə beysbolka yoxa çıxdı, onun yerini 1920-ci illərin dəbinə uyğun tvit kepka aldı. Baş nazir bu kepkanı kostyumla birlikdə taxır və hətta qapalı məkanlarda belə çıxarmırdı. Sosial şəbəkələrdə dərhal qeyd etdilər ki, o, bu kepkada taksi sürücüsünə bənzəyir.

2024-cü ilin noyabrında Paşinyan saqqalını qırxdı və “xalq lideri”nin kobud görünüşü ilə tam vidalaşdı.Onun yeni imicinin vacib atributlarından biri şlyapa oldu. Bəzi ekspertlər şlyapanı Maykl Korleone obrazı ilə əlaqələndirdi. Həqiqətən də fet şlyapa “qanqster üslubu”nun atributlarından biridir.Lakin Korleone kimi personajların taxdığı şlyapa “homburq” adlanır və kənarları bir qədər yuxarı qalxır. Paşinyanın şlyapası isə daha çox “fedora” modelinə bənzəyir.

Bu şlyapalar SSRİ-də 1950–60-cı illərdə çox məşhur idi və köhnə sovet kəşfiyyat filmlərində tez-tez görünürdü. Amma bu şlyapada o, daha çox Moskvaya “işlərini həll etməyə” gəlmiş sovet dövrünün tipik ezamiyyətçi məmuruna bənzəyir. Şlyapalı Paşinyanın avtobusda pirojki və qarğıdalı yeməsi isə bir çoxları üçün tam fiasko oldu. Görünür, ideya liderin xalqla yaxınlığını göstərmək idi. Amma görünür, xalq bunu elə də qəbul etmədi. İnternetdə yayılan bir videoda İrəvan yaxınlığında meyvə-tərəvəz mağazasının sahibi Paşinyanı içəri buraxmır və açıq şəkildə deyir: “Buradan get”.
Üstəlik, Paşinyanın guya təsadüfi seçilmiş yol kənarı köşkdə qarğıdalı alması da çoxlarına şübhəli görünür. Çünki deyirlər ki, o, hətta partiya yoldaşları ilə restoran görüşlərinə belə öz stəkanı və yalnız onu xidmət edən şəxsi ofisiantı ilə gəlir.
0 Rəy