ABŞ-dan absurd anti-Azərbaycan hesabatı – Şillə kimi CAVAB

ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyası tərəfindən hazırlanmış hesabatda Azərbaycan “dini azadlığın kobud və ciddi şəkildə pozulduğu” ölkə kimi təqdim olunub. Musavat.com xəbər verir ki, qərəzli və absurd ittihamlarla dolu hesabatda “xüsusi narahatlıq” ifadə edilib.

Hesabatın müəllifləri qeyd edirlər ki, Azərbaycanda guya “inanclarına görə həbs edilən şiə din xadimləri döyülməyə, təcavüz təhdidlərinə və dəhşətli şəraitdə saxlanılmağa məruz qalıblar”.

İftira və böhtan dolu hesabatda deyilir ki, “müvafiq hüquqi məsləhət olmadan qapalı qapılar arxasında mühakimə olunan “Dağlıq Qarabağ”dan olan təxminən iyirmi dörd erməni xristian məhbus döyülməyə, psixoloji istismara, tibbi yardım və lazımi qidaya çıxışın olmamasına, Müqəddəs Kitabın verilməməsinə və xaç döymələrinin yandırılmasına məruz qalıblar”.

Həmçinin saxta məlumatları özündə əks etdirən materialda vurğulanıb ki, Azərbaycan Qarabağdakı dini abidələri və kilsələri “dağıtmağa davam edir və ərazidə 2000 ildən (?) çox xristian mövcudluğunu silir”.
“Azərbaycan ABŞ-ın tamhüquqlu tərəfdaşı olmaq və ortaq iqtisadi və strateji məqsədlərini irəli aparmaq istəyirsə, dini azadlığı həqiqətən qəbul etmək üçün real addımlar atmalıdır”, - deyə hesabatda bildirilir.

Qeyd edək ki, ABŞ-ın Dini Azadlıq Komissiyası bundan əvvəl də yalan və əsassız ittihamlarla Azərbaycana qarşı çıxış edib. Bu dəfə isə Azərbaycan-ABŞ arasında münasibətlərin ən yüksək səviyyədə olduğu dövrdə Dövlət Departamentinə bağlı olan komissiyanın Azərbaycanı şərləməsi ağılasığmaz və absurd addımdır. Üstəlik, İran hadisələrinin gərgin dövründə hesabatda şiə məzhəbindən olanlarla bağlı spekulyasiya diqqəti cəlb etməyə bilməz. Eyni zamanda, Qarabağda mövcud olmuş keçmiş xunta rejiminin həbsdəki üzvlərinin “xaç döymələrinin yandırılması” kimi qırmızı yalanın tirajlanması da məhz dini kontekstdə Azərbaycanı ləkələməkdir.

Bu gün Arayik və erməniəsilli digər şəxslərin məhkəməsi davam edəcək

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a deyib ki, ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyası həmişə Azərbaycan əleyhinə qərəzli hesabatlar hazırlayıb və erməni lobbisinin təsiri altında olub. Onun sözlərinə görə, Azərbaycanda heç kəs dini inancı ilə əlaqədar təqib olunmur:

“Azərbaycan həbsxanalarında şiə inanclı məhbusların zorakılığa məruz qalması haqda deyilənlər tamamilə yalandır və bu barədə heç bir məlumat daxil olmayıb. Sadəcə, İranla bağlı hadisələrin gərgin dövründə bu cür saxta hesabatlarla qızışdırıcı mövqedən çıxış edirlər. Ölkəmizdə bütün dinlərin nümayəndələrinə böyük ehtiram göstərilir, dini etiqad azadlığı var. Ancaq dini mənsubiyyətindən asılı olmayaraq, ekstremistlər, terror planlaşdıranlar, xarici xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirmək istəyənlərin gözünün yaşına baxılmır və onların cinayətkar planları hüquq-mühafizə orqanlarımızını yüksək peşəşarlığı ilə keçirilən əməliyyat nəticəsində dərhal ifşa olunur. Bu günə kimi İŞİD və digər terror qruplarından təlimat alaraq Azərbaycanda terror planlaşdıran, səfirliklərə hücum hazırlayan, son olaraq da Bakı-Tbilisi-Ceyhan kəmərini, sinaqoqu partlatmaq istəyən dəstələr həbs edilərək zərərsizləşdirilib”.

Çingiz Qənizadə hakim partiyanın rəhbər orqanlarında təmsil olunacaq?! |  Modern.az

Hüquqşünas qeyd edib ki, erməni hərbi canilərin guya xaç döymələrinin yandırılması, Qarabağda “erməni dini abidələri”nin dağıdılması haqda hesabatda yer alan məqamlar isə kökündən absurd yalanlardır:

“Burada da erməni lobbisinin rolu göz qabağındadır. Azərbaycana qarşı olan qüvvələr bütün variantlara əl atırlar, təxribatlara yol verirlər, indi də din üzərindən ölkəmizə qarşı qarayaxma kampaniyası aparmağa cəhd edirlər. Qarabağda dağıdılan dini abidələri görmək istəyirlərsə, işğal dövründə 65 məscidin sökülməsini, donuz fermasına çevrilməsini bilməlidirlər. Sadəcə, Azərbaycan haqda mənfi rəy yaratmağa hesablanmış materiallardır. Təəssüf ki, Bakı-Vaşinqton əlaqələrinin inkişafda olduğu dövrdə belə bir qərəzli hesabat hazırlanıb”.(musavat.com)

Emil Salamoğlu

Rəylər

Aşağıdakı məlumatları qeyd edin