Trampın müavininin İrəvandakı bu HƏRƏKƏTİ Bakıda narazılıq yaratdı
ABŞ vitse-prezidenti Ceyms De Vens İrəvanda həyat yoldaşı ilə qondarma “erməni soyqırımı abidəsi"nə baş çəkib, əklil qoyub. Tarixin zibilliyinə atılmış saxta iddianın unudulmağa başladığı bir vaxta belə bir hərəkətin mənası nədir?
Azad Vətən Partiyasının sədri Akif Nağı Musavat.com-a bildirib ki, ermənilər ən müxtəlif yollarla, aldatma və protokola daxil etmə kimi yollarla qondarma “soyqırımı” siyasətini yeritməyə çalışırlar.

“Onlar qondarma “soyıqımı abidəsi”nin ziyarət edilməsini böyük ehtimalla rəsmi protokola daxil ediblər. Bu yolla müxtəlif ölkələrdən İrəvana rəsmi səfərə gələn dövlət adamlarının həmin saxta abidənin ziyarətinə getməsini təmin edirlər. Ola bilsin ABŞ vitse-prezidenti Vensin abidəni ziyarət etməsi də bu cür baş verib. Lakin Vens indiki vaxtda həmin ziyarəti etməyə də bilərdi. Ziyarət etməsi onların ikibaşlı siyasəti davam etdirdiyini göstərir”, - A.Nağı qeyd edib.
Partiya sədri hesab edir ki, bu cür addımlar ermənilərdə uydurma məsələni gündəmdə saxlamaq həvəsi yaradır, onlara Türkiyəyə və Azərbaycana qarşı ənənəvi çirkin addımlarını atmaq istiqamətində stimul vermiş olur:
“Ona görə də Azərbaycan tərəfi ABŞ-nin nəzərinə çatdırmalıdır ki, belə addımlar Azərbaycan-Ermənistan münasibətlərinə xeyir gətirmir, eləcə də Azərbaycan-ABŞ münasibətlərinin inkişafına töhfə vermir. Həmçinin, amerikalıların diqqətinə çatdırılmalıdır ki, artıq Ermənistanın özündə belə qondarma “soyqırımı” məsələsinə fərqli yanaşmalar var. Həm də Azərbaycan dəqiqləşdirməlidir ki, Vensin o abidəni ziyarət etməsi rəsmi protokolla baş tutub, yoxsa Vensin öz istəyi ilə reallaşıb? Əgər təşəbbüs Ermənistan tərəfindən deyil, Vens tərəfindən olubsa, bu o deməkdir ki, ABŞ Azərbaycana və Türkiyəyə təsir eləmək üçün ehtiyat variant saxlayır. Azərbaycan öz siyasətində bu məsələləri nəzərə alımalıdır”.
Etibar Seyidağa,
0 Rəy