Zəngəzur dəhlizi ilə bağlı şirkət YARADILIR

Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin Türkiyə ilə Azərbaycan arasında avtomobil yükdaşımaları üçün tranzit marşrutunu dərhal açmağa hazır olduğunu bildirib.

Modern.az-ın məlumatına görə, Paşinyan açıqlamasında vurğulayıb ki, bu marşrut texniki baxımdan artıq istifadəyə hazırdır:

“Ermənistan bu gün Türkiyədən Marqara və Kornidzor vasitəsilə Azərbaycana və əks istiqamətdə yük maşınlarının tranzitini təmin edə bilər. Biz bunu təklif edirik, çünki bu, artıq hazır vəziyyətdədir”, – deyə o bildirib.

Baş nazir, həmçinin TRIPP layihəsi (Zəngəzur dəhlizi) çərçivəsində Ermənistan və ABŞ-ın birgə şirkət yaradacağını qeyd edib.

Onun sözlərinə görə, strateji məsələlərlə bağlı qərarvermədə həlledici söz Ermənistan tərəfində olacaq.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin