Putin və Paşinyan Laçın dəhlizindən DANIŞDI
Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tərəflər Laçın dəhlizindəki situasiyanı və Rusiya sülhməramlılarının faəliyyətini müzakirə ediblər.
Habelə Rusiya-Ermənistan münasibətlərinin gündəliyə daxil olan mövzuları və üçtərəfli bəyanatın realizasiyası məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
0 Rəy