Ərdoğana “Ermənistanla sərhədi aç” tələbi - Bakıdan reaksiya
Ağıl verilməli ünvan səhv salınıb -çağırış Ermənistan hakimiyyətinə ünvanlanmalıdır
Türkiyə parlamentinin erməni əsilli sabiq deputatı Qaro Paylan Prezident Rəcəb Tayyib Ərdoğana çağırış edərək, Ermənistanla sərhədi dərhal açmağı tələb edib. Paylan bildirib ki, Bakı ilə İrəvan arasında ABŞ Prezidentinin iştirakı ilə imzalanan tarixi saziş bölgədə uzun illər davam edən düşmənçiliyə son qoyub və yeni sülh dövrünün başlanğıcı üçün zəmin yaradıb.
“Bizim borcumuz bu sülhü davamlı etmək üçün dərhal addımlar atmaqdır. Cənab Ərdoğan, Türkiyə ilə Ermənistan arasındakı sərhədi dərhal açın. Ermənistan, Türkiyə və Azərbaycan xalqlarını birləşdirin”, - deyə o, əlavə edib.
Sabiq deputatın bu çağırışı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəzi istifadəçilər bunu bölgədə sülhə töhfə verəcək mühüm addım kimi dəstəkləsə də, digərləri hələ də mövcud siyasi və tarixi gərginliklərin tam aradan qalxmadığını bildirərək ehtiyatlı yanaşırlar.
Bəs sülh sazişinin imzalanmasınadək Türkiyə-Ermənistan sərhədinin açılması mümkünmü? O halda Rusiyanın qonşu Paşinyan hökumətinə təsir imkanları nə dərəcədə azala bilər? Sərhəddən rus hərbçilərin çıxarılması mümkündürmü?

Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Yeni Müsavat”a bildirdi ki, Qaro Paylan artıq bölgədə sülhün olmasında maraqlı olduğunu göstərmək istəyir. Halbuki zaman-zaman Paylan erməniləri qızışdıran, Azərbaycanın maraqlarına qarşı olan bəyanatlarla çıxış edib. “Nə qədər ki, Azərbaycan torpaqları Ermənistanın işğalı altında idi, Paylan kimi ermənilər Ermənistan-Azərbaycan-Türkiyə yaxınlaşması, iki xalqın arasında münasibətlərin düzəlməsi üçün çağırışlar etmirdilər. Heç zaman ermənilərə, Ermənistan dövlətinə sülhün, əməkdaşlığın qurulması üçün işğalçı siyasətdən