Ermənistan üçün Azərbaycan üzərindən keçən yollar açılır – rəsmi açıqlama

Ermənistanın Ərazi İdarəçiliyi və İnfrastruktur naziri David Xudatyan bildirib ki, ABŞ-da imzalanmış sənədlər nəticəsində Ermənistan üçün Azərbaycan üzərindən keçən yolların açılması perspektivi yaranır.

Musavat.com xəbər verir ki, nazir qeyd edib ki, hazırda bu yollar hələ açılmayıb və erməni vətəndaşları üçün istifadəsi mümkün deyil.

“Amma biz sürətli şəkildə bütün Ermənistan vətəndaşları üçün bu yolların əlçatanlığına doğru irəliləyirik”, – deyə Xudatyan əlavə edib.

Nazir vurğulayıb ki, bu proses Ermənistanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi qorunmaqla həyata keçirilir və ölkənin inkişafı üçün mühüm amildir. O həmçinin bildirib ki, prosesin bir tərəfli xarakter daşıması barədə narahatlıq yoxdur: “Ərazi bütövlüyü, suverenlik, yurisdiksiya və qarşılıqlı prinsiplərin qorunmasının təminatı imzalanmış sənədlərdə öz əksini tapıb”, – deyə nazir yekunlaşdırıb.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin