Ermənistan mediası sülh müqaviləsinin detallarını açıqladı – Zəngəzur dəhlizi, separatçılığa qarşı öhdəlik və...
Ermənistanın “Qraparak” qəzeti Birləşmiş Ərəb Əmirliklərində keçirilən son Azərbaycan-Ermənistan danışıqlarının nəticələri ilə bağlı sızan məlumatlara istinadən sülh müqaviləsinin əsas bəndlərini dərc edib.
Musavat.com xəbər verir ki, nəşr öz məlumatını guya Azərbaycan KİV-lərinin Azərbaycan Xarici İşlər Nazirliyindəki mənbəyə istinadla yaydığı məlumatlara əsaslandırır.
Rəsmi məlumatlar hələlik açıqlanmasa da, yayılan məlumata görə:
Sülh sənədi artıq paraflanıb və imza mərasimi dekabr ayında baş tutacaq;
Zəngəzur dəhlizinin açılması ilə bağlı razılıq əldə olunub, dəhlizə nəzarət isə tərəflərdən kənar, neytral bir quruma – "outsourcing" yolu ilə verilməsi nəzərdə tutulur;
Hər iki dövlət öz ərazisində digər tərəfə qarşı separatizm çağırışı edən qruplaşmalara qarşı mübarizə aparacağına dair öhdəlik götürəcək.
Qəzetin iddiasına görə, bu razılaşmalar Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyinin möhkəmliyi və diplomatik uğurları nəticəsində əldə olunub.
Xatırladaq ki, BƏƏ-də keçirilən görüşdən sonra tərəflər razılaşdırılmış sənədlə bağlı rəsmi açıqlama yaymayıb. Bu səbəbdən yayılan detalların nə dərəcədə doğru olduğu hələlik məlum deyil.
0 Rəy