Ermənistan Zəngəzur dəhlizi ilə bağlı beynəlxalq nəzarətə razılaşıb? İrəvan açıqladı!
Birləşmiş Ərəb Əmirliklərində keçirilən Azərbaycan-Ermənistan danışıqları fonunda Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Saafaryan “Azatutyun”a açıqlama verib.
Musavat.com-un xəbərinə görə, o, Ermənistanın kommunikasiya xətlərinin açılması zamanı beynəlxalq təşkilatların prosesdə iştirakına necə yanaşdığı barədə suala cavab verib.
Saafaryan bildirib ki, əgər belə bir mexanizm Ermənistanın elan etdiyi prinsiplərə tam uyğun olarsa, bu, həyata keçirilə bilər. O vurğulayıb ki, bu məsələ Ermənistanın suverenliyi, yurisdiksiyası və ərazi bütövlüyü çərçivəsində baş verməlidir.
“Bu şərtlər ödənilərsə, bəli, belə mexanizm mümkündür. Amma bu, qarşılıqlılıq prinsipi əsasında müzakirə olunmalıdır”, - deyə nazir müavini qeyd edib.
Onun sözlərinə görə, “nəzarət” sözü burada düzgün termin deyil. Saafaryan əlavə edib ki, əgər tərəflər razılaşsa, monitorinqi üçüncü tərəf həyata keçirə bilər, lakin yenə də bu, Ermənistanın suveren hüquqları çərçivəsində olmalıdır.
0 Rəy