Əliyev-Paşinyan görüşü başa çatdı

Hazırda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü keçirilir.

Görüş əvvəlcə nümayəndə heyətlərinin iştirakı ilə, sonra təkbətək formatda davam etdirilib.

Rusiyanın TASS agentliyi öz mənbələrinə istinadən yazıb ki, liderlərin görüşündə əsas mövzu sülh müqaviləsinin ilin sonuna kimi imzalanması üçün mövcud ziddiyətlərin aradan qaldırılmasıdır.

Yeri gəlmişkən, Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Ermənistanla Azərbaycan arasında birbaşa dialoqu alqışlayır.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin