Qırğızıstan prezidenti Azərbaycana gəlir
Qırğızıstan prezidenti Sadır Japarov Azərbyacana səfər edəcək.
Bu barədə prezident administrasiyasının xarici siyasət şöbəsinin müdiri Saqinbek Abdumutalip məlumat yayıb.
Bildirilir ki, Qırğız Respublikanının prezidenti İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının Xankəndi şəhərində keçiriləcək sammitində iştirak etmək üçün iyulun 3-4-də Azərbaycana işgüzar səfər edəcək.
0 Rəy