“Erməni kilsəsi revanşizmi dəstəkləyir”
“Erməni kilsəsi revanşizmi dəstəkləyir və bu siyasət onun qanlı tarixi fəaliyyətinin davamıdır”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Ekspert qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın erməni kilsəsinə qarşı mübarizəsi bir sıra məcburiyyətlərdən qaynaqlanır:
“Erməni kilsəsi hər zaman terror təşkilatları ilə sıx əlaqədə olub və dövlətin olmadığı dönəmlərdə belə onun funksiyalarını həyata keçirib. Görünən odur ki, bu gün də kilsə Ermənistan hakimiyyətinə paralel olaraq dövlətə məxsus bir sıra imtiyaz və səlahiyyətlərə sahiblənməyə çalışır. Başqa sözlə desək, dövlət içində dövlət yaratmağa cəhd edir. Məhz bu səbəbdən Paşinyan hakimiyyəti kilsənin artan müdaxilələrinin qarşısını almaq üçün bəzi addımlar atmağa məcbur olub.
Hesab edirəm ki, kilsənin təxribatçı fəaliyyəti sadəcə Ermənistan dövləti üçün deyil, həm də regional sülh üçün cidid təhdiddir və bu mənada onun siyasiləşməsinin qarşısının alınması vacibdir”.
0 Rəy