Qarabağ zəfəri bütün Türk dünyası üçün nümunə olub
Bu gün qlobal güc balansları dəyişib, konfliktlər artıb, yeni texnologiyaların çox sürətli şəkildə təsirini göstərdiyi dövrə gəlmişik.
Modern.az xəbər verir ki, Türkiyənin sabiq müdafiə naziri Hulusi Akar Milli Məclisin Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) üzv dövlətlərin parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitə sədrlərinin Bakıda keçirilən ikinci iclasında deyib.
O qeyd edib ki, qarşımıza gələn təhlükələr sadəcə hərbi təhlükələrlə məhdudlaşmır.
"Artıq qlobal iqlim dəyişikliyi və digər təhlükələr də var. Türk dövlətləri arasında əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. Türkiyə qlobal məsələlərin həll olunması istiqamətində beynəlxalq hüququ əsas götürür. Qlobal hadisələrin bölgəmizə təsiri nəzərə alınmalıdır. Milli təhlükəsizliyin təmin ancaq güclü ordu ilə mümkündür. Bunu Azərbaycanın Qarabağ müharibəsində əldə etdiyi zəfər bütün dünyaya göstərdi. Qarabağ zəfəri təkcə Azərbaycan, Türkiyə deyil, bütün türk dünyası, o cümlədən dünya üçün nümunə olub”,-o deyub.
0 Rəy