Ceyhun Bayramov bu həftə Mirzoyanla görüşə bilər

11-13 aprel tarixlərində IV Antalya Diplomatik Forumu keçirləcək.

Dünyanın bir çox ölkələrindən olan dövlət başçıları, diplomatlar, nazirlər, ekspertlər Forumda iştirak üçün Türkiyəyə gedəcəklər.

Antalyada keçiriləcək forumda beynəlxalq gündəlikdəki əsas məsələlərin, o cümlədən Yaxın Şərq, Şimali Afrika, Qafqaz, Ukrayna və Qara dəniz ətraflndakı mövcud vəziyyətin müzakirəsi gözlənilir.

Qeyd edək ki, Azərbaycanı Forumda böyük bir nümayəndə heyəti təmsil edəcək.

Xarici işlər naziri Ceyhun Bayramov da IV Antalya Diplomatik Forumuna gedəcək.

Forumda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın da iştirak edəcəyi açıqlanıb.

Ermənistanın bəzi xəbər saytları Antalya Diplomatik Forumu çərçivəsində Ararat Mirzoyan - Ceyhun Bayramov görüşünün keçiriləcəyi və nazirlərin sülh müqaviləsi ətrafında müzakirə aparacağı ehtimalı ilə çıxış edib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin