Ermənistan Rusiyanın vasitəçiliyini RƏDD EDİR
Ermənistan Rusiyanın Azərbaycanla danışıqlarda vasitəçi kimi çıxış etməsi ideyasını rədd edib.
Modern.az xəbər verir ki, bu barədə ölkə parlamentinin spikeri Alen Simonyan brifinq zamanı bildirib.
“Keçmiş təcrübə çoxlu pis xatirələr buraxdı, hələ də cavabını tapa bilmədiyimiz bir çox sualımız var”, - o deyib.
Simonyan həmçinin bəyan edib ki, Moskvanın İrəvanla Bakı arasında vasitəçi kimi iştirak etməsi ehtimalı azdır.
Ermənistan parlamenti Avropa İttifaqına (Aİ) qoşulmanın başlanması ilə bağlı qanun layihəsinə baxacaq. Bu, növbəti həftə ərzində baş verəcək.
0 Rəy