Ermənistan Azərbaycana sülh təklifləri GÖNDƏRDİ

Ermənistan Azərbaycana sülh müqaviləsinin mətninin tam olaraq razılaşdırılmasını özündə ehtiva edən təkliflər paketi göndərib.

Modern.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan bildirib.

“Burada qeyri-adi elementlər yoxdur və söhbət mümkün qədər kommunikasiyaların açılmasından gedir. Əsas odur ki, təhlükəsizlik baxımından və ya başqa formada üçüncü tərəfin nəzarəti istisna olunsun, Ermənistanın suverenliyi və bu marşrutlar üzərində total nəzarəti qorunub saxlanılsın”, - nazir müavini bildirib.

Paruyr Ovhannisyan jurnalistlərin Azərbaycanla danışıqlarda hansı yeniliklər olduğu barədə sualına belə cavab verib:

“Son vaxtlar çox intensiv görüşlər oldu, amma nəticələr barədə danışa bilmərəm. Siz də yiqn müşahidə etmisiniz ki, son dövr görüşlər baxımından görünməmiş dərəcədə aktiv olub”.

Nazir müavini deyib ki, rəsmi İrəvan hazırda təkliflərə cavab gözləyir.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin