Ermənistan Türkiyə ilə Orta Dəhliz məsələsində razılaşır...

Bu gün, oktyabrın 18-də Türkiyənin İstanbul şəhərində “3+3” regional məsləhət platformasının üçüncü iclası keçirləcək.

“3+3” 44 günlük Qarabağ müharibəsindən sonra Türkiyə və Azərbaycanın təşəbbüsü ilə Rusiyanın dəstəklədiyi regional əməkdaşlıq formatıdır. Platforma Cənubi Qafqazın üç ölkəsinin - Gürcüstan, Ermənistan və Azərbaycanın, eləcə də regionun üç dövlətinin - Rusiya, Türkiyə və İranın iştirakını nəzərdə tutur.

Gürcüstan növbəti dəfə “3+3”ün iclasını boykot edib. Gürcülər Rusiya Federasiyası ilə ziddiyyətləri əsas gətirərək heç bir görüşdə iştirak etməyiblər.

Modern.az-ın məlumatına görə, siyasi ekspertlər budəfəki görüşdə Ermənistan tərəfinin Türkiyənin təklifilə Orta Dəhliz məsələsinə razılaşacağına dair proqnozlar verirlər. Qeyd edilir ki, 10 noyabr 2020-ci il tarixli bəyanatda təkcə Türkiyə ilə Azərbaycanı birləşdirən “Zəngəzur dəhlizin”dən deyil, yolların açılmasından bəhs edilir.

Bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə Orta Dəhliz məsləsini müzakirə etmişdi.

Oktyabrın 8-də isə Moskvada keçirilən Putin-Paşinyan və Putin-Əliyev görüşlərindən sonra Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya prezidentinin yarım saatlıq görüşlərdə “Zəngəzur dəhlizi” məsələsini müzakirə etdiyini bildirmişdi.

Ermənistanın baş naziri Nikol Paşinyanın son vaxtlar kommunikasiyaların açılmasına və “Zəngəzur dəhlizi”nə dair əvvəlki sərt ritorikadan yumşaq bəyanatalara keçdiyi müşahidə olunub.

Qeyd edək ki, Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən və Zzəngəzur bölgəsindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat  marşrutdur.
 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin