"Azərbaycan Ermənistanda bufer zona yaratmağa məcbur qala bilər"

Azərbaycanla Ermənistan arasında yeni münaqişə ocağı yarana bilər.

 

Bunu Modern.az-a hərbi ekspert Şair Ramaldanov deyib.

 

O qeyd edib ki, Azərbaycanın regionda sülhün bərqərar edilməsində və dayanıqlı olmasında göstərdiyi cəhdlər Ermənistan tərəfindən düzgün qiymətləndirilmir.

 

"Ermənistan öz siyasəti ilə bu regiona xəyanət edərək, təhlükəsizliyini sual altına alan addımlar atmaqdadır. Ermənistanın sülh müqaviləsindən qaçması,hətta Zəngəzur dəhlzinin açılması ilə bağlı bəndin sülh müqaviləsindən çıxarılmasına baxmayaraq, Ermənistan-Azərbaycan şərti sərhədində atəşkəsin pozulması və təxribat xarakterli addımların atılmasının şahidi oluruq. Əlbəttə, belə olan halda Azərbyacan Ermənistan arasında yeni münaqişə ocağının alovlanması istisna olmur. Azərbaycan bunda maraqlı deyil. Azərbaycanın verdiyi təkliflər, sülh müqaviləsinin bağlanmasına maraqlı olmasına baxmayarq, qarşı tərəf bu prosesi pozmaqda davam edir.  Belə olan halda atəşkəsin pozulmasının coğrafiyası getdikcə genişlənir".

 

 

Ekspertin sözlərinə görə, Ermənistanın özündə Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə, bugünkü reallıqla barışmaq istəməyən qüvvələr var:

 

"Burada həm revanşist qüvvələrin, həm də Ermənistan dövlətinin mövqeyini müşahidə edirik. Eyni zamanda müstəqil olmayan Ermənistan havadarlarının təzyiqi altındadır. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev bunlara mesaj olaraq, söyləmişdi ki, "istər Ermənistanın revanşist qüvvələri, istər Ermənistan dövləti, istərsə də Ermənistanın havadarları tərəfindən atılan addımlar Azərbaycana təhlükə yaradarsa,  dərhal cavab verəcəyik". Azərbaycanın şərti sərhəddəki bölmələrinin yüksək peşəkarlıq və ayıq-sayıqlığı qarşı tərəfin bütün cəhdlərini heçə çevirməkdədir. Bu proses ancaq Azərbaycanın yox, bütün regionun təhlükəsizliyini şübhə altına alan alır. Bu,prinsip cəhətdən region ölkələrinə lazım deyil".

Şair Ramaldanov bildirib ki, şərti sərhəddə gərginliyə maraq göstərən Ermənistan və onun havadarlarıdır:

 

"Fransa, ABŞ və digər maraqlı ölkələr burada vəziyyətin gərgin olmasında maraqlıdır.  Ermənistanı müxtəlif fondlar vasitəsilə silahlandırıb, daha sonra o silahlarla regionda gərginlik yaradacaqlar. Artıq Ermənistanda Qərb və ABŞ-nin bazalarının qurulması haqda mütəmadi olaraq,söhbətlər açılır. De-fakto  müşahidə missiyasının Ermənsitanda yerləşməsi və bu ölkənin Rusiya istehsalı yox, artıq Hindistanda istehsal olunan Fransa silahları və ABŞ-dan gətirilən hərbi avadanlıq, Ermənistanda silahlara yiyələnmək üçün buraya arzuedilməz ölkələrin mütəxəssislərinin gəlməsi müşahidə olunur. Bütün bunlar Ermənistanla ABŞ arasında təlimlərin intensivləşməsi də diqqəti cəlb edir. Azərbaycan burada əsas hədəf deyil. Geosiyasi arenada gedən proseslər, bizim regionda atılan addımlar Ermənsitanın havadarları tərəfindən məhz Azərbaycana yox, bölgədə olan digər güc mərkəzlərinə yönəlib. Əlbəttə, burada hədəf birinci növbədə Rusiyadır. Burada hədəf Rusiyanı regiondan sıxışdırıb çıxarmaq, onun əvəzinə öz maraqlarını genişləndirmək məqsədidir. Azərbaycanla Ermənistanın müharibə şəraitində olmasından bu addımların atılması üçün istifadə olunur. Guya Ermənsitana təhlükə yaranacaq bəhanəsindən istifadə edərək, Ermənistanın təhlükəsizliyinin təmin edilməsində iştirak edərək burada öz maraqlarının genişlənməsinə nail olmaq istəyir. Bu da, əlbəttə,region üçün böyük təhlükədir. Bu regionda Rusiya, ABŞ, Fransa və İran kimi dövlətlərin maraqları toqquşa bilər. Bu da regionda proseslərin alovlanması ehtimalını getdikcə çoxaldır. Bu gün Ermənistanın tutduğu mövqe regiona xəyanətdir. Bundan sonra Azərbaycanda COP29-un keçirilməsi ərəfələrində şərti sərhəddə təxribatların, atəşkəsin pozulmasının daha da intensivləşdiriləcəyini istisna etmirəm.  Azərbaycan Repsublikasının müdafiə naziri cənab general-polkovnik Zakir Həsənovun verdiyi xəbərdarlıq Ermənistan tərəfə vəziyyətin nə qədər ciddi olduğunu göstərməkdədir. Proseslər bu cür davam etsə və hadisələr bizə təhlükə yaradacaq səviyyəyə qalxarsa, Azərbaycan dərhal əks addımlar atmağa məcbur qalacaq".

 

Ehtiyyatda olan polkovnik atəşkəsin pozulması və təxribatların artması halında Azərbaycanın atacağı addımdan da danışıb:

 

"Şərti sərhəddə atəşkəsin poulması və təxribat halları artarsa, sərhədyanı zolaqda yerləşən yaşayış məntəqələrinin və dinc əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan əlavə tədbirlər görə bilər. Bu da 3 il bundan əvvəl çox tez-tez istifadə olunan, beynəlxalq praktikada rast gəlinən bufer zonanın yaradılması zərurətini ortaya çıxa bilər. Azərbaycanın siyasəti birmənalıdır. Siyasətimiz sülhə yönəlib. Amma Ermənistan və onun havadarları Azərbaycana təhlükə yarada biləcək şəkildə prosesləri inkişaf etdirsələr, əlbəttə, gələcək təxribatların qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin görülməsi istisna edilmir. Azərbaycan yalnız atəşkəsə və təxribatlara cavab verməklə kifayətlənməyə bilər. Hər halda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev deyib,"mən nəyi, nə zaman və necə etmək lazımdır, yaxşı bilirəm". Ordumuz hər zaman hazırdır və Ali baş Komandanın onların qarşısında qoyduğu bütün tapşırıqları yerinə yetirməyə qadirdir".

Rəylər

Aşağıdakı məlumatları qeyd edin