Kursk döyüşü ilə Şuşanın nə əlaqəsi?

Rusiya avqustun 6-dan bəri ciddi cəhdlərə baxmayaraq, Ukrayna ordusunu Kurskun sərhəd bölgələrində tutduğu ərazilərdən çıxara bilmir. Rəsmi xronika Ukraynanın ciddi itkiləri olduğunu, irəliləməyə imkan verilmədiyini xəbər verir, Ukrayna mənbələri isə məsələn, bu gün Sudja yaxınlığında daha bir rayona(qəsəbə) nəzarəti ələ keçirdiyini iddia edir.

Qaçqınların sayının artması sərhəddə vəziyyətin gərginliyindən xəbər verir. Rusiya Priqojinin qiyamından sonra muzdlu döyüşçülərdən ibarət “Vaqner”çiləri yenidən önə çıxarmağa məcbur oldu, çeçen döyüşçülərindən ibarət “Axmat” da Kurska göndərilib. Amma Ukraynanı hələ ki, geri oturtmaq mümkün olmayıb. 

9260ссс1.jpg (198 KB)

Ukraynanın bu əməliyyatını indi 1950-ci il Koreya yarımadasında müharibənin taleyini həll edən İnçxon limanın hücumla müqayisə edirlər. 1950-ci ilin sentyabrında Koreya yarımadasının 95 faizə Şimali Koreya nəzarət etdiyi bir vaxtda BMT sülhməramlıları adı altında yarımadaya göndərilmiş amerikalı desantlar gözlənilmədən böyük qüvvə ilə İnçxon liman-şəhərinə giriblər ki, Pxenyanın bir neçə kilometrliyində olan Şimali Koreya ordusu cəmi bir aydan sonra öz sərhədlərinədək geri çəkilməyə məcbur olub.

İndi xüsusilə, ABŞ nəşrləri Zelenskinin bu riskli addımını amerikalı dəniz piyadalarının şücaəti ilə müqayisə etməyə həvəsləniblər. Olsun, “risk etməyən şampan içməz”. Kurskda Rusiya-Ukrayna müharibəsinin taleyini həll olunacağını gözləmək əlbəttə, fantastik kimi görünür, çünki indi nə 1950-ci ildir, nə Rusiya 38-ci paralel ölkəsi Şimali Koreya... Doğrudur, indi Ukraynaya dünyanın əsas ölkələri dəstək, silah verir, amerikalı generalların da Kursk əməliyyatında ciddi dəstəyi hamıya aydındır. Amma o da faktdır ki, Ukrayna ordusunun Kursk vilayətindəki təzyiqlərinə baxmayaraq, Rusiya qoşunları xüsusilə Donbasda hücumlarını davam etdirir, Kiyevi bombalayırlar. Əgər bu əməliyyatın məqsədi Rusiya qoşunlarının qüvvələrini bir neçə cəbhədə parçalamaq məqsədi daşıyırsa, ruslar hələ bütün cəbhələrdə müharibəni əvvəlki şiddəti ilə davam etdirirlər. Rusiya mobilizasiya da elan etməyib, amma hərbi ekspertlər bu haqda danışırlar. Bütün ölkə Kurska yardım üçün toparlanıb. Rusiya cəmiyyəti “Vətən səni çağırır” kimi köhnəlmiş şüarlar ətrafında toparlanmağı bacarır. Ukraynanı yad ölkədə müharibə hesab edənlər var, amma Kursk artıq vətəndir və Rusiya hələ ki, bəzi qüvvələrini ehtiyatda saxlayır. 

c1bdc619-c471-4850-afec-edbf83e60ff1.jpg (119 KB)

Ukraynanın necə, nəzarət etdikləri əraziləri saxlamağa, bir qədər də irəliləməyə qüvvəsi varmı? Rusiyanın təbliğat maşını son bir-iki ayda iddia edirdi ki, Ukraynanın döyüşməyə canlı qüvvəsi qalmayıb, gəncləri, qocaları zorla cəbhə zonasını göndərirlər və sairə. Əgər belə idisə, birdən-birə bu qədər canlı qüvvə Ukrayna ordusuna haradan gəldi? İndi də deyirlər ki, Ukrayna həbsxanadakı caniləri, Polşa muzdlularının köməyi ilə Kurska girməyi bacarıb. Bu müharibə çoxdan bütün sərhədləri aşıb, Ukrayna ordusunda da, Rusiya ordusunda da müqaviləli muzdlular var, həm də hər ölkədən. Ukraynanın onların xidmətindən istifadə etməsi müasir müharibə qanunlarına uyğundur. (Bir dəfə yazmışam, Donbas nə Ukraynanın, nə Rusiyanın vətən müharibəsidir. Bizim Birinci və İkinci Qarabağ müharibəsinə də bənzəməz). Demək, bu cür təbliğatla ya Putini aldadıblar, ya da ordu rəhbərliyində xainlər var. 

scale_1200 (2).png (1.86 MB)

“Axmat”ın rəhbəri general Alaudinov bizim də “yaxşı” tanıdığımız Semyon Peqova müsahibəsində deyib ki, “müəyyən komandirlərin yatdığı bəzi ərazilərə düşmən sakitcə ordu çıxarıb, burada yerləşmək və möhkəmlənmək üçün hətta hazırlıqla məşğul olub”. Kurskun qubernatorunu Putin öz seçkisindən sonra nazir təyin edib, Rusiya mediası indi yazır ki, sərhəddə istehkam-möhkəmlənmə işləri adı altında milyardlar silinib, əvəzində isə bir neçə dəlmə-deşik qazılıb. Yəni Ukrayna Kursku təsadüfən hədəf seçməyib, öyrəniblər, müşahidə aparıblar və hücum ediblər... 

yazının son absazı.png (2.40 MB)

...Şuşaya erməni hücumundan bir neçə ay əvvəl danışırdılar ki, Xankəndidən şəhərə gələn yollar minalanıb. Yəni düşmən o istiqamətdən gələ bilməz və sairə. Amma ermənilər hücum edəndə nədənsə, o “mina”ların heç biri partlamadı...

 

Nazim SABİROĞLU
Musavat.com

Rəylər

Aşağıdakı məlumatları qeyd edin