Laçınla sərhəddəki Gorusun meri “Böyük Ermənistan” deyə sərsəmlədi...

“Mənim üçün Ermənistan Respublikasının sərhədi 15 dövlətlə həmsərhəd olan Böyük Ermənistanın və 641 min kvadrat kilometrlik xəritəsidir”

Moderator.az xəbər verir ki, bu sərsəm bəyanatı Ermənistannın Azərbaycan Respublikasının Laçın rayonu ilə həmsərhəd ərazidə yerləşən Gorus şəhərinin meri Aruş Aruşanyan  MediaHub-a müsahibəsi zamanı dilə gətirib. 

“Amma Nikol Paşinyan deyir: biz özümüzü 29 min 743 kvadratmetrlə məhdudlaşdırmalıyıq” fikrini isə revanşist, irqçi xislətli erməni mer belə cavablandırıb:

- Deyirəm, mənim üçün Ermənistan Respublikasının xəritəsi 641 min kvadrat kilometrdir, deyin, o professorlar rəqəmlərə diqqətlə baxsınlar, bilsinlər ki, nəsillərə düzgün öyrətsinlər. İstəyirsinizsə, mən sizə Böyük Ermənistanın əsl xəritəsini verəcəm ki, çoxları Ermənistan Respublikasının əsl xəritəsinin nə olduğunu bilsinlər”.

S.Laçın

Rəylər

Aşağıdakı məlumatları qeyd edin