Borrel Mirzoyanla Ermənistan-Azərbaycan nizamlanmasından danışıb

“Cənubi Qafqazda sülh bizim ümumi məqsədimizdir”.

Modern.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət üzrə ali nümayəndəsi Josep Borrel Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığına toxunaraq bildirib.

Borrel özünün X mikrobloqunda qeyd edib ki, telefon danışığı zamanı Ermənistan-Aİ-nin gərgin gündəliyinə və digər məsələlərə toxunulub.

“Mən Ararat Mirzoyanla gərgin ikitərəfli gündəliyimiz, Ermənistanın sabitliyinə dəstək və Ermənistan-Avropa İttifaqının yeni tərəfdaşlıq proqramı haqqında səmərəli fikir mübadiləsi apardım. Regional məsələlərə gəlincə, mən Ermənistan-Azərbaycan nizamlanması prosesini dəstəklədiyimi təsdiqlədim. Bizim ümumi məqsədimiz Cənubi Qafqazda davamlı sülhdür”, - Borrell yazıb.
 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin