Dövlət Departamentindən Ermənistan-Azərbaycan danışıqlarına dair AÇIQLAMA

ABŞ Dövlət Departamenti Fransa arasında əməkdaşlıq və Cənubi Qafqazda mümkün perspektivlər barədə açıqlama verib.

Modern.az xəbər verir ki, Dövlət Departamenti “Amerikanın səsi”nin sorğusuna cavab olaraq qeyd edib:

“Biz Cənubi Qafqaz regionu üçün dinc və firavan gələcəyin təmin edilməsinə sadiq qalırıq, bununla bağlı müttəfiqlərimiz və Avropa İttifaqı tərəfdaşlarımızla fəal şəkildə əməkdaşlıq edirik. Biz Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını dəstəkləməyə sadiqik. Birbaşa dialoq problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır. Biz Ermənistan və Azərbaycan arasında dialoqu təşviq etmək üçün tərəfdaşlarla və çoxtərəfli təşkilatlar vasitəsilə ikitərəfli əməkdaşlığı davam etdiririk”.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin