Şükürbəyli kəndinə 20 ailə – 89 nəfər köçürülüb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.
Bu dəfə Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb.
Köçürülən ailələr respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış vətəndaşlardır.
Bu mərhələdə Şükürbəyli kəndinə 20 ailə – 89 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Onlar, həmçinin Azərbaycan Ordusuna, şəhidlərə və qazilərə ehtiramlarını bildiriblər.
0 Rəy