İlk köç karvanı Xanabad kəndinə çatıb, açarlar təqdim edilib
Fevralın 19-də Xocalı rayonunun Xanabad kəndinə köç karvanı yola salınıb.
Xanabad kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən
yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu
mərhələdə Xanabad kəndinə 154 nəfərdən ibarət 38 ailəyə köçürülüb.
Köçürülən ailələrə mənzillərin açarları təqdim edilib. Mərasimdə Xankəndi şəhərində,
Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi
nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin
nümayəndələri iştirak ediblər.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə
Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür
ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan
Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda
canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
shushainfo.com
0 Rəy