Şuşaya köçürülən 32 ailəyə mənzillərin açarları təqdim edilib

Şuşa şəhərinə yeni köçürülən ailələrə mənzillərin açarları təqdim edilib.

Təqdimat mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi iştirak edib.

Köçürülən ailələr Şuşada yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Qeyd edək ki, bu mərhələdə Şuşaya 32 ailə – 125 nəfər köçürülür. Bugünkü köç də nəzərə alınmaqla Şuşa şəhərinə cəmi 90 ailənin (349 nəfər) daimi məskunlaşması təmin edilib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin