“Biz xocalıların erməni məhsullarına ehtiyacı yoxdur” – Deputatdan SƏRT açıqlamalar
118 saylı Ağdam - Xocalı seçki dairəsinin deputatı Elman Məmmədov bu ilin martında doğma yurduna Xocalıya köçüb və orada yaşayır. 34 illik ayrılıqdan sonra öz evinə qayıdan 71 yaşlı millət vəkilinə telefon açıb həm hal-əhval tutmaq istədik, həm də aktual mövzularla bağlı sualları ünvanlamaqdan ötrü elə səhər çağı mobil telefonuna zəng etdik: (musavat.com)
- Elman bəy, deyəsən, sizi erkən oyatdıq. Narahat etmədik ki?
- Yox. Mən həmişə saat altı-yeddi arası yuxudan dururam.
- Maraqlıdır. Gündəlik qrafikiniz necədir? Tutaq ki, səhər Xocalıda yuxudan durursunuz, bəs sonra, hara üz tutursunuz?
- Səhər yuxudan dururam... Bizim evin, əslində Xocalıda ulu babalarımızdan bəri evlərin demək olar ki, əksəriyyətinin üzü qibləyədir. Səhər durub, qapını açıb bayıra çıxan kimi... Kətik dağının – Gədik dağı da deyilir - başından gün çıxır. Günəş qalxır, bütün bu ərazini işıqlandırır. Düz Qırxqız dağına qədər, bu tərəfdən Şuşanın üstünə, Kirsə qədər. Bizim Xocalıdan baxanda hər yer görünür. Mən də çıxıram həyətə, baxıram, hərlənirəm, yüngülvari, yaşıma uyğun səhər idmanı eləyirəm, bir az gəzirəm və ondan sonra həyət-bacamda olan işlərimlə məşğul olmağa başlayıram.
- Qarşıda parlamentin payız sessiyası var, yəqin hazırlaşırsınız. Seçiciləriniz hansısa məsələləri parlamentdə qaldırmaqla bağlı müraciət edirlərmi?
- Təbii. Qayıdışla bağlı Xocalının özündə, Xocalının ətrafındakı kəndlərimizdə, Ağdamda görüşlər keçiririk. Ayın 8-də akademik Ədilə Namazovanın 100 illik yubileyi ilə bağlı Ağdamda çox möhtəşəm bir tədbir keçirildi. İndi Yeni Azərbaycan Partiyası qurultay ərəfəsindədir. Hər yerdə rayon təşkilatlarının konfransları keçirilir. İndi mən ayın 14-ü, 15-i Ağdamda və Xocalıda o konfranslarda iştirak eləyəcəyəm.
- YAP-ın qurultayından nə gözləyirsiniz?
- Hələ ki, gündəlik məlum değil. Yəqin ki, gündəlik açıqlanar. Hər halda dövlətimizin, millətimizin gələcəyi üçün həmişə qalib olan Yeni Azərbaycan Partiyasının qurultayında yəqin gələcək uğurlarla, işlərlə bağlı danışılacaq, yeniliklər olacaq.
- Elman bəy, elə bu gün Prezidentin köməkçisi Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağa və Şərqi Zəngəzura iki günlük səfərə başlayıblar. Bu kimi səfərləri necə dəyərləndirirsiniz? Həm də bu, həm Qarabağın, Şərqi Zəngəzurun yenidən qurulmasının beynəlxalq aləmə çatdırılması bakımından, həmçinin də bir erməni vandalizminin o dırnaqarası əl işlərinin açıq şəkildə nümayişi mənasında gözləntiləriniz nədir?
- Təbii ki, gözləntilərimiz var. Hörmətli Hikmət müəllimin diplomatik korpusun nümayəndələri ilə azad olunmuş ərazilərimizə səfərləri çox dəyərlidir. Diplomatlar bölgədəki vəziyyəti gözləri ilə görürlər və əgər xoşməramlıdırlarsa, qərəzli deyillərsə, bir nəticəyə gəlirlər. Ki, 30 ildən artıq bir müddətdə ermənilərin dağıtdığı, viran qoyduğu ərazi indi yenidən canlanır, çiçəklənir, tikilir, qurulur. Və bu tikinti- quruculuq, bərpa işlərinin aparıldığı, qısa müddətdə işğaldan azad olunmuş ərazilərdə Azərbaycanın dövləti rəhbərliyi tərəfindən nə qədər böyük işlərin görüldüyünə onlar şəxsən şahid olurlar. Dediyim kimi, əgər qərəzli deyillərsə, xoşməramlıdırlarsa, iki millət haqqında fikirləşəndə bir nəticəyə gəlirlər: biri ermənilər və Ermənistan dövləti işğalçı, vandal, vəhşi, dağıdıcı; Azərbaycan - qurucu, yaradıcı, inkişafetdirici. Bax, buna qiymət versinlər. Hesab edirəm ki, bu səfərdə onlar mütləq Ağdamdan keçib, Əsgəran qalasına gələcəklər, oranı da görəcəklər. Əsgəran qalasından keçən kimi, Xocalı ərazisinə daxil olacaqlar və Xocalı soyqırımı şəhidlərinə həsr olunmuş abidə kompleksi ilə tanış olacaqlar. Bildiyiniz kimi, Əsgəran da Xocalı rayonu ərazisindədir. Həmin abidə Əsgəran qəsəbəsini keçən kimi, Əsgəranla Xocalı şəhəri arasındadır. Həmin abidə Bakıdan gələn şosse yolun üzərindədir. Möhtəşəm bir abidədir. Cənab Prezidentimizin rəhbərliyi ilə, onun təşəbbüsü ilə yaradılmış, tikilmiş bir abidə kompleksidir. Bu əraziyə gələnlər hamısı o abidəni ziyarət edirlər.Ondan sonra Xocalıdan keçib, Xankəndiyə gedəcəklər, oradan Şuşaya, Laçına, yəqin ki, istiqamət belə olacaqdır.
- Elman bəy, elə iki gün öncə Xocalının Daşkənd kəndində növbəti mina hadisəsi baş verdi, nəticədə yaralanan ANAMA əməkdaşının ayağı amputasiya olundu. Mina terroru beləcə, davam eləyir, baxmayaraq ermənilər sülhdən danışır. Bu barədə nə deyə bilərsiniz?
- Daşkənd Xankəndi şəhərinə yaxındır. Qarqar çayının yaxınlığındadır. Maraqlı burasındadır ki, orada ermənilər yaşayıblar. Özü də ora təmas xətti də deyil. Belə çıxır ki, bunlar hara gəldi, oranı minalayıblar.
- Yəni çıxıb gedəndə bizə minaları “hədiyyə” qoyub gediblər...
- Bəli, tələləri qurublar, o murdar hərəkətlərindən qalmayıblar. Hər yerdə bu murdarlıqla məşğul olublar. Elə bu da o millətin bir murdar göstəricisidir, yəni bir yaramaz göstəricisidir.
- Siz də o ərazidə yaşayırsınız. Ehtiyatlanırsınızmı? Deyək ki, harasa gedəndə, çöldə-düzdə bir gəzəndə, çay qırağına düşəndə necə davranırsınız?
- ANAMA bütün ərazilərdə öz işini görməkdə davam eləyir. Yoxlanmayan yerlərdə qadağa işarələri qoyulur ki, bura daxil olmaq qadağandır! Bu işarələr, göstəricilər hamısı var. Əhaliyə də izahlar verilir, hansı əraziyə getmək olmaz. Xüsusilə döyüş gedən bölgələrə, təmas xətlərinə giriş təhlükəlidir və qadağandır. Əgər ANAMA təmizləməyibdisə, qadağa işarəsi qoyubsa, ora girmək qadağandır. Əhali də həmişə bu istiqamətdə ehtiyatlı olur. Allah bütün dünyadan köçənlərimizə rəhmət eləsin. Xocalının qədim qəbirstanlığı, Xocalıda kümbəz var, 17-ci əsrə aiddir, onun bütün ətrafı ANAMA tərəfindən yoxlanıldı. Dövlət rəhbərliyi tapşırıq vermişdi bununla bağlı. Çünki əhali qaytıdan kimi o qəbirstanlığı ziyarət eləyəcəkdi. Ona görə o qəbirstanlıq ANAMA tərəfindən təmizləndi, nəzarətə götürüldü. Ümumilikdə ziyarətgah yerlərinin hamısı. Bu, hər kəs kimliyindən asılı olmayaraq, hamı təhlükəsizlik tədbirlərinə riayət eləməlidir, öz həyatının təhlükəsizliyini qorumaq üçün.
- Amma belə görünür ki, mina məsələsi uzun illər ərzində vətəndaşlarımıza təhlükə yaradacaq. (Müsahibəmizdən bir neçə saat sonra məlum oldu ki, Ağdərə ərazisində mina partlayışı nəticəsində daha bir nəfər yaralanıb-E.P.) Həmçinin bu, Azərbaycanın başının üstündə bir təhlükə olaraq qalacaq. Ermənistan isə nə doğru –düzgün mina xəritələrini verirlər, nə də bununla bağlı addım atırlar. Necə bilirsiniz, sülh tərəfdarı olduğunu iddia edən Ermənistan rəhbərliyi minaları basdıran şəxslərdən ibarət qruplar yaradıb, Azərbaycanla əməkdaşlıq edə bilərmi? Yaxud 4 minə yaxın itkin düşmüş əsir və girovlarımızın kütləvi basdırıldığı ünvanlarla bağlı konkret şəxsləri prosesə qoşa bilərlərmi? Hər halda məlum hadisələrin iştirakçıları olan ermənlər tamam qırılıb qurtarmayıblar, Azərbaycanda cinayət törədən o şəxslər hələ də yaşayır. Bu istiqamətdə addımlar səmərə verə bilərmi?
- Hər millətin özünəməxsus xüsusiyyətləri var. Bunların kimliyi və nəcabəti öz hərəkətlərində, davranışında həmişə təsdiqini tapıb. Bunlar etibarsız, xəyanətkar, murdar, yaramaz bir toplum kimi tanınıb. Hər yerdə, dünyanın harasında bunlar yaşayıblarsa - niyə deyirəm dünyanın harasında, çünki bunların vətəni olmayıbdı, bunlar Hindistandan Balkanlara qədər səpələniblər - və harda yaşayıblarsa, hansı dövlətin ərazisində mövcud olublarsa, xəyanət ediblər. Hansı ölkə onlara sığınacaq verib, çörək veribdirsə, o dövlətə, o millətə bunlar həmişə xəyanət eləyiblər. İndi belə bir vəziyyət yaranıb. Cənab Prezidentimizin rəhbərliyi, təşəbbüsü ilə, qələbədən sonra sülhyaratma prosesi başlayıb, məhz Azərbaycanın təşəbbüsü ilə. Və bu proses davam edir. Hamımız arzu edirik ki, bu sülh dayanıqlı, davamlı olsun və qarşılıqlı etibar, etimad təmin olunsun. Ancaq biz öz tərəfimizdən, Azərbaycan tərəfi olaraq bunu təmin edəcəyik. Amma ermənilər bunu edəcəkmi? Qətiyyən! Onların belə bir xüsusiyyəti var: nə qədər ki, gücsüzdür, acizdir, sənə tabedir, sən deyəni edəyəcək. Güclənən kimi, yenə özlərinin murdar əməllərini yeritməyə başlayacaqlar. Yəni bu sülh prosesinin gedişi, sülhün yaranması, indi qarşılıqlı iqtisadi münasibətlər yaranır, nə bilim, ticarət, alver, belə şeylər yaranır, bu, o deməkdirmi biz erməniyə tam arxayın olmalıyıq ki, bunlar artıq dəyişiblər və o yaramaz, murdar, xəyanətkar əməllərindən əl çəkəcəklər?! Qətiyyən! Bu, belə olmayacaq! Ona görə də siz dediyiniz məsələlər ki var, bunlar onu bu günə kimi etməyiblər, etməyəcəklər də. Yəni bunlar heç vaxt o xam xəyallarından əl çəkməyəcəklər. Hələ ki, hələ ki, əlləri bizim daşımızın altındadır. Hələ ki, biz nə qədər ki güclüyük - inşallah həmişə güclü olacağıq - bu proses davam eləyəcək. Onlar onlar heç vaxt nə o xəritələri verməyəcəklər, nə o kütləvi məzarlıqların yerini göstərməyəcəklər. Nə də mina basdırdıqları yeri nişan verməyəcəklər...Heç vaxt. Yəni bu, ermənidirsə, xaindir, xəyanətkardır, yaramazdır və etibarsızdır!
- Yeri gəlmişkən, Ermənistandan gələn hansı məhsulu məmnuniyyətlə almaq istərdiniz?
- Hesab edirəm ki, bu gün Azərbaycanımızda həm dövlət tərəfindən, həm sahibkar sahibkarlarımız tərəfindən kifayət qədər lazım olan məhsullar yüksək səviyyədə istehsal olunur və dost, qardaş, müttəfiq ölkələrdən biz lazım olan məhsulların hamısını alırıq. İndi kimin iştahına düşürsə, kim qəbul edirsə, ermənilərin istehsal elədiyi məhsulları da alacaq, bu, öz işləridir. Ancaq mən hesab edirəm ki, biz xocalıların erməni məhsullarına ehtiyacı yoxdur.
- Bu yaxınlarda Xocalı canisi Robert Köçəryan başqa ittihamla da olsa, həbs edildi. Onunla bağlı Xocalıdan nə demək istərdiniz? Keçən dəfə bir çağırışınız da olmuşdu, Paşinyana xitabən Xocalı canilərini Azərbaycana təhvil verməyə çağırmışdınız...
- Bəli, elə sizin vasitənizlə mən o çağırışı Paşinyana ünvanlamışdım. Bu gün də həmin fikirdəyəm ki, əgər Paşinyan və erməni xalqı dinc, yanaşı yaşamaq istəyirsə, bizimlə qonşuluqda, tarixi Azərbaycan torpaqlarında mövcud olan Ermənistan deyilən dövlətin varlığını, mövcudluğunu, inkişafını istəyirsə, Köçəryan, Sərkisyan, Ohanyan, Balasanyan və onlar ağılda olan, onlar kimi cinayətkarlar komandası ki var, yəni bunlar çoxdur, bunları həbs edib Azərbaycana təhvil verməlidirlər. Onlar 1988-ci ildən başlayaraq, uzun illər ərzində Azərbaycan dövlətinə və xalqına qarşı sayısız-hesabsız çox ağır cinayətlər törədiblər. Həm hərbi, həm mülki cinayətlər törədiblər, həm də insanlığa qarşı, dövlətçiliyə qarşı, bəşəriyyətə qarşı cinayətlər törədiblər. Bunların cəzası Azərbaycan qanunları ilə verilməlidir. Bu, onlar üçün, yəni Paşinyan və erməni xalqı üçün lazımdır, özlərinin təhlükəsizliyini və dövlətçiliyini qoruyub saxlamaq üçün.
- Belə görünür ki, xüsusilə də Makronla görüşdən sonra Paşinyanın yenə də sülh ritorikası ilə danışması hələ hər şey demək dəyil, çünki Ermənistanda yeni silah-sursat istehsalı davam eləyir, dron istehsal olunur, yenə ordunun güçləndirilməsi, 2 milyardlıq Hindistan silahı və sair və təhlükə hər an gözləniləndir, eləmi?
- Təbii. Bax, elə bu yaxınlarda Paşinyanın vəzifəyə təyin etdiyi cinayətkar erməni hərbçisi uzun illər Azərbaycana qarşı olan döyüşlərdə komandir kimi iştirak edib. Ermənistan Silahlı Qüvvələrinin 3-cü ordu korpusunun komandiri təyin edilən Həmin Samvel Qriqoryan Aprel döyüşləri, Vətən Müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı zamanı Ordumuza qarşı döyüşlərdə aktiv iştirak edib. O cinayətkardır. Əgər Paşinyan sülh tərəfdarıdırsa, və Azərbaycanla etibarlı sülhdən danışırsa, hərbi canini, cinayətkarı niyə rəhbərliyə təzədən gətirib hərbi rəhbərliyə təyin edir? Silahlanma məsələsi ki var... Bilirsiniz, bunların tarixi barədə siz kifayət qədər məlumatlara maliksiniz. Sadəcə olaraq mən fikrimi demək istəyirəm. Bunlar alver sahəsində çox mahir ustadırlardır. Hər iki tərəflə oynamağı bacarırlar. Bax, bu saat Paşinyan ortalığa düşüb Amerika ilə, Avropa ilə, Rusiya ilə bu oyun aparır. Özlərinə sərf eləyən variantlar, yəni özlərini daha baha qiymətə kimə satmaq olar.(musavat.com)
0 Rəy