Türkiyədə “Azərbaycanın qədim şəhərləri” kitabı çıxıb

Türkiyədə Azərbaycanın tarixinə həsr olunan yeni kitab işıq üzü görüb.

Okan Yeşilot və Zeynep Akarslanın müəllifi olduğu “Azərbaycanın qədim şəhərləri” (Azerbaycan’ın Kadim Şehirleri) adlı kitab “Türk Tarih Kurumu” tərəfindən nəşr edilib.

150 səhifəlik kitab türk dilində hazırlanıb və “Cümhuriyyətin yüzüncü ili armağanı” seriyasında təqdim olunub.

Nəşrdə Azərbaycanın qədim şəhərlərinin tarixi və mədəni irsi araşdırılıb.

Kitabın satış qiyməti 60 türk lirəsidir.(modern.az)

Rəylər

Aşağıdakı məlumatları qeyd edin