“Arşın mal alan” yenidən Ankara səhnəsinə çıxır
Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası yenidən Türkiyədə səhnəyə çıxır.
Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi Dövlət Opera və Balet Teatrları Baş İdarəsindən bildiriblər ki, dünya miqyasında ən çox oynanılan operettalardan olan “Arşın mal alan” Ankara Dövlət Opera və Balet Teatrında nümayiş olunacaq.
Bir neçə il əvvəl Ankara səhnəsində tamaşaya qoyulan Üzeyir Hacıbəylinin bu şedevr əsəri 28 oktyabr, 4, 13, 25 noyabr tarixlərində oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir. Orkestri Ankara teatrının dirijoru, Türkmənistan əsilli Rüstəm Rahmetov idarə edəcək. Mətni türkcəyə uyğunlaşdıran Şenol Talınlı, dekorasiya və geyim tərtibatçısı Yusuf Toker, xoreoqraf Özge Aydır.
0 Rəy