"Qarabağ" Azərbaycanın xal ehtiyatını artırdı
Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin oyunlarından sonra UEFA əmsallar cədvəlini yenilənib.
Qol.az xəbər verir ki, dünənki oyunlardan sonra reytinq sıralamasında dəyişiklik olub.
Azərbaycan təmsilçisi "Qarabağ" ötən gün Bakıdakı cavab görüşündə Cəbəllütariq "Linkoln"una 4:0 (ilk oyun - 2:1) hesabı ilə qalib gəlib və ölkənin aktivinə 0.250 xal yazdırıb. Beləliklə, ilk mərhələdə qazanılan 2 qələbə ilə cəmi 0,500 xal əldə olunub. Azərbaycan son 5 mövsümdəki əmsalları 14,750-yə çatıb. Lakin Azərbaycanın mövqeyi dəyişməyib. Ölkəmiz 29-cu pillədə qalıb.
28-ci sırada 15,500 xalla Slovakiyadır. 30-cu sırada yer alan Moldovanın isə 11,625 xalı var. Reytinq sıralamasına 88.928 əmsalla İngiltərə liderlik edir.
0 Rəy