Azərbaycan Avropa Oyunlarında neçənci oldu?
Polşada təşkil olunan III Avropa Oyunları yekunlaşıb.
Qol.az xəbər verir ki, yarışda Azərbaycan yığması ümumilikdə 11 - 3 qızıl, 2 gümüş, 6 bürünc medal qazanıb. Bununla da yığmamız Avropa Oyunlarını 24-cü sırada başa vurub.
Bunu Azərbaycan milli komandasının üçüncü dəfə keçirilən Avropa Oyunlarında ən zəif nəticəsi hesab etmək olar. 2015-ci ildə Azərbaycan komanda hesabında 2-ci (56 medal - 21 qızıl, 15 gümüş, 20 bürünc), 2019-cu ildə isə 10-cu yeri tutmuşdu (28 medal - 5 qızıl, 10 gümüş, 13 bürünc).
1-ci yeri 100 medal qazanan (35 qızıl, 26 gümüş, 39 bürünc) İtaliya tutub. İspaniya 2-ci (57 medal - 21 qızıl, 17 gümüş, 19 bürünc), Ukrayna isə 3-cü (41 medal - 21 qızıl, 12 gümüş, 8 bürünc) olub.
0 Rəy