“Qarabağ” yenidən Avropa səhnəsində
Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinə start veriləcək.
Qol.az xəbər verir ki, turnirdəki təmsilçimiz "Qarabağ" da bu mərhələdə ilk matçına çıxacaq. Bu, 2023-cü ildə Ağdam təmsilçisinin Avropa kuboklarında ilk oyunu olacaq.
Qurban Qurbanovun komandası Bakıda Belçika "Gent"ini qəbul edəcək. Ağdam təmsilçisi bu vacib matça ciddi itkilərlə çıxacaq. Əsas qapıçı Şahruddin Məhəmmədəliyev və müdafiəçi Abbas Hüseynov zədə səbəbindən bu oyunu buraxacaq. Mərkəz müdafiəçisi Kevin Medina isə cəzalı durumda olduğundan komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, komandalar arasında cavab matçı fevralın 23-də Belçikada keçiriləcək.
Xatırladaq ki, "Gent" Belçika çempionatında hazırda 39 xalla 5-ci pillədə qərarlaşıb.
16 fevral
UEFA Kofrans Liqası
Pley-off
21:45. "Qarabağ" (Azərbaycan) - "Gent" (Belçika)
Hakimlər: Mohammed Al-Hakim, Fredrik Klyver, Robin Vilde (İsveç)
Bakı.Tofiq Bəhramov adına Respublika stadionu
0 Rəy