“Qarabağ”la oyunlarını ləğv etdilər

Bolqarıstanın SSKA klubu yay hazırlıq planında dəyişiklik edib.

QOL.az xəbər verir ki, klubun rəsmi açıqlamasına əsasən, iyunun 27-də  “Qarabağ”a qarşı Avstriyada keçirilməsi nəzərdə tutulan yoxlama oyunu ləğv olunub.

Buna səbəb komandaların UEFA Avropa Liqasında bir-birinə rəqib ola bilmə ehtimalıdır. 

Hər iki komanda Avroliqada 1-ci mərhələni adlasa, bir-birinə rəqib olacaq.

Xatırladaq ki, “Qarabağ” iyunun 22-də Avstriyaya yollanacaq. Komanda Tirol əyalətində iyulun 2-dək hazırlıq keçəcək.

Ağdam klubu daha əvvəl elan etmişdi ki, təlim-məşq toplanışı çərçivəsində üç yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.
İyunun 27-si SSKA (Bolqarıstsn), iyulun 1-i isə “Metallist 1925” (Ukrayna) və “Ferentsvaroş”la (Macarıstan) yoxlama oyunlarının keçiriləcəyi bildirilmişdi.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin