“Xankəndi” futbol üzrə Azərbaycan I Liqasına vəsiqə qazanıb

Futbol üzrə Azərbaycan II Liqasının qalibi bəlli olub.

Sonuncu - XXVII turda səfərdə "Şəmkir"ə 1:0 hesabı ilə qalib gələn "Xankəndi" I Liqaya vəsiqə qazanıb.

Komanda mövsümü 76 xalla bitirib.

Ən yaxın izləyici "Qaradağ Lökbatan" isə 71 xalla turnir cədvəlini ikinci pillədə başa vurub. Lökbatan klubu I Liqanı 9-cu sırada tamamlayan komanda ilə pley-offda qarşılaşacaq.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin