AFFA “Qarabağ”ın məşqçilərini cəzalandırdı - SƏBƏB

"Sabah"ın məşqçisi Valerio Zuddas 7 oyunluq cəzalanıb.

 

Manset.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Mütəxəssis Misli Premyer Liqasının XXII turunda "Qarabağ"la oyunda rəqibin ehtiyat oyunçular skamyasına qeyri-etik jest etdiyinə görə bu halla üzləşib.

"Sabah" klubu 15 000 manat cərimələnib.

"Qarabağ"ın məşqçiləri Müşfiq Hüseynov və Zaur Tağızadə 6 oyunluq cəza alıblar. Onlar sözügedən qarşılaşmada kütləvi davada iştirak ediblər. Ağdam klubu hər iki mütəxəssisə görə 6 min manat (ümumilikdə 12 min manat) ödəməli olacaq.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin