"Qarabağ" stadionla bağlı PFL-ə müraciət etdi

“Qarabağ” klubu Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.

PFL-in rəsmi saytı xəbər verir ki, müraciətdə “Azersun Arena”da təmir və bərpa işlərinin başa çatmaq üzrə olduğu və klubun Azərbaycan Premyer Liqasının 2024/25 mövsümünün son ev oyunlarını “Azersun Arena”da qəbul etmək istədiyi bildirilib.

“Qarabağ” klubunun müraciətini, Əsasnamə tələblərinin qorunmasını nəzərə alan PFL klubun müraciətini müsbət qarşılayıb.

Beləliklə, 33-cü turun “Sumqayıt” ilə görüşündən etibarən (“Qarabağ” – “Sumqayıt”, 4 may saat 18:00) “Qarabağ” klubu ev oyunlarını “Azersun Arena”da keçirəcək.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin