"Qarabağ" Kadinin transferini açıqladı

"Qarabağ" sabiq futbolçusu Kadi Borqesin transferin açıqlayıb.

QOL.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Macarıstanın "Ferensvaroş" klubundan transfer edilən braziliyalı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

2021-22-ci illərdə "Qarabağ"da forma geyinən Kadi 75 oyunda 28 qol vurub. O, 2021/22 mövsümündə Azərbaycan çempionu və kubokunun qalibi olub.

Qeyd edək ki, Kadi 2023-cü ilin yanvar ayında “Qarabağ”dan Rusiyanın “Krasnodar” klubuna, 2024-cü ilin yayında isə “Krasnodar”dan “Ferensvaroş”a transfer olunub.

O, bu mövsüm Budapeşt klubu ilə bütün turnirlərdə 27 oyunda meydana çıxıb, 3 qol vurub, 7 qolun ötürməsini edib.



 



 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin