"Qarabağ" bizim çempionatda "TOP-6"lığa yüz faiz düşərdi"

"Qarabağ"ın sabiq qapıçısı Andrey Lunyov hazırda karyerasını Moskvanın "Dinamo" komandasında davam etdirir.

QOL.az xəbər verir ki, 33 yaşlı futbolçu "Sport-ekspress" qəzetinə verdiyi açıqlamada Ağdam klubu ilə bağlı sualı cavablandırıb.

O deyib ki, "Qarabağ" Rusiya çempionatında oynasaydı, lidərlərdən biri olardı: "Buna şübhə yoxdur. Onlar ən yüksək yerlər uğrunda yarışardılar".

O bildirib ki, "Qarabağ" "TOP-6"lığa yüz faiz düşərdi.

Xatırladaq ki, Lunyov 2023/24 mövsümündə "Qarabağ"da çıxış edib. Ağdam klubu ilə müqaviləsi başa çatdıqdan sonra o, "Dinamo"ya keçib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin