UEFA Avropa Liqası: "Qarabağ" "Malmö"yə qarşı

Təmsilçimiz "Qarabağ" bu gün UEFA Avropa Liqasının II turunda İsveçin "Malmö" klubunu qəbul edəcək.

Doğma divarlar arasında ilk oyununu keçirəcək "Qarabağ" "Malmö" ilə matçda azarkeşlərin etimadını doğrultmağa çalışacaq.

Görüşdə Anastasios Papapetrunun başçılıq etdiyi yunanıstanlı hakimlər briqadası ədaləti qoruyacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

Qeyd edək ki, "Tottenhem"lə görüşdə 3:0 hesabı ilə məğlub olan təmsilçimiz hazırda Liqa mərhələsinin 35-ci pilləsində qərarlaşıb. İsveç təmsilçisi "Malmö" isə 30-cu sıradadır.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin