"Qarabağ"la yeni müqaviləni müzakirə edirik" - Andrey Lunyov

"Qarabağ"ın qapıçısı Andrey Lunyov Ağdam klubu ilə mümkün yeni müqavilə ilə bağlı danışıb.

QOL.az xəbər verir ki, rusiyalı qolkiper "Match TV"yə açıqlamasında danışıqların davam etdiyini bildirib.

O, "Qarabağ" sənə yeni müqavilə təklif edib?" sualını belə cavablandırıb: "Bəli, müzakirə prosesindəyik. Danışıqlar davam edir. İndi diqqətlər yalnız mövsümün sonunadır. Mövsüm başa çatanda gələcəyimlə bağlı bəzi qərarlar verəcəm".

Qeyd edək ki, 32 yaşlı qapıçının "Qarabağ"la 2025-ci ilin yayına kimi müqaviləsi var. O, 2023-cü ilin yayında Ağdam klubuna transfer olunub.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin